Kürdəmirdə 640 yerlik yeni məktəb binası istifadəyə verilmişdir

Kürdəmir şəhər 3 nömrəli tam orta məktəb üçün inşa edilən 640 yerlik üçmərtəbəli yeni bina sentyabrın 15-də, Bilik günündə öz qapılarını şagirdlərin üzünə açmışdır. 
Bu məktəb rayonun ən qocaman təhsil müəssisəsidir. Məktəb 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Kürdəmirə gələn maarifpərvər şair Məhəmməd Hadinin yaxın dəstəyi və təşkilatçılığı ilə 1903-cü ildə tikilmiş və iki sinifli təhsil ocağı kimi fəaliyyətə başlamışdır. İllər keçdikcə bina genişləndirilmiş, əlavə otaqlar inşa olunmuşdur. Artıq istismara yararsız vəziyyətə düşən bina müasir arxitekturada yenidən tikilmişdir.
Dövlət vəsaiti hesabına inşası məktəb binasını tenderdə qalib gəlmiş "Taleh" təmir-tikinti MMC tərəfindən 9 aya başa çatdırılmışdır. İstilik sistemi qurulan binada idman zalı, həkim otağı, kitabxana, fənn kabinetləri, sinif otaqları bütün zəruri avadanlıqla təchiz edilmişdir. Müəllim və şagirdlərin, valideynlərin, rayon rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər təhsilin yüksək səviyyədə təşkilinə imkan verəcək təzə binanın istifadəyə verilməsində Prezident İlham Əliyevə, eləcə də tikintidə əməyi olan bütün insanlara təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Şəhər 3 saylı tam orta məktəbin uğurlarından danışan natiqlər vurğulamışlar ki, bu il orta məktəbi bitirən 39 nəfər məzundan 19 nəfəri ali, 6 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Bilik günü və yeni binanın istifadəyə verilməsi münasibətilə məktəbliləri təbrik etmiş, ulu öndərimiz Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə göstərdikləri diqqət və qayğıdan danışmışdır. Natiq bildirmişdir ki, Kürdəmir rayonunda son yeddi ildə inşa olunan məktəb binalarının 5-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Mərasimin sonunda açılışı bildirən rəmzi lent kəsilmiş, qonaqlar binanı gəzmiş, yaradılmış şəraitlə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında