Masallıda yeni inşa olunmuş məktəblər istifadəyə verilmişdir

Bilik günü münasibətilə Masallının ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir. Hüseynhacılı və Yolağac kəndlərində hər biri 180 şagird yerlik yeni ümumi orta məktəblərin və rayon mərkəzində əsaslı təmir olunmuş Uşaq-Gənclər Şahmat Məktəbinin açılışı olmuşdur. Hər üç məktəb müasir standartlara uyğun avadanlıqla təchiz olunmuşdur.
Tədbirlərdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş quruculuq işlərinin aparıldığını, regionların sosial-iqtisadi inkişafının, əhalinin rifahının yüksəldilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət göstərildiyini vurğulayan natiq tədbirdə iştirak edən ağsaqqalları, ziyalıları, pedoqoji işçiləri və məktəbliləri Bilik günü münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişdir.
Rayon təhsil şöbəsinin müdiri Astan İbişov çıxış edərək son illər Masallı rayonunda 30-dan artıq məktəb binasının inşa və əsaslı təmir olunduğunu bildirmişdir. Rayonda 63 tam orta, 32 ümumi orta və 4 ibtidai məktəbin olduğunu, bu məktəblərdə 29 minə yaxın şagirdin təhsil aldığını qeyd edən natiq bu il 1-ci siniflərə 2720 şagirdin qəbul edildiyini vurğulamışdır.
Tədbirdə ağsaqqallardan Bayraməli Əzimov, Ağaddin Heydərov, Sahib Sövziyev, ziyalılardan Yadigar Şəmmədov, Sevil Ağaməmmədova, Famil Fərmanlı, gənc şahmatçı Sucayət Orucov çıxış edərək ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da geniş tikinti-quruculuq işlərinin aparıldığını, sosial problemlərin həll olunduğunu vurğulamış və təhsil sisteminə göstərilən qayğıya, xüsusilə də yeni məktəb binalarınin inşa olunmasına görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə etmişlər. Məktəblilər müstəqil Azərbaycana və ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.
Tədbirlərdə Milli Məclisin üzvləri Nəriman Əliyev və Elmira Axundova iştirak və çıxış etmişlər.
Rəmzi qırmızı lentlər kəsildikdən sonra qonaqlar məktəblərlə tanış olmuşlar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında