Binəqədi rayonunda yeni dərs ili yüksək ovqatla başlandı

Hər il olduğu kimi, bu il də ölkəmizin hər yerində, o cümlədən Binəqədi rayonunda 15 sentyabr - Bilik günü bayramı yüksək ovqatla qeyd olundu, tədris müəssisələrində yeni dərs ilinin başlanması mühüm ictimai hadisə kimi qarşılandı. Bu da təsadüfi deyil. Çünki son illər respublikamızda təhsilin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuş, sözügedən sahədə mühüm uğurlar əldə edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin builki dərs ili ərəfəsində yeni inşa olunmuş orta məktəblərdə və digər təhsil obyektlərində olması, təhsil işçilərinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün bir sıra qərarlar qəbul etməsi bunun bariz ifadəsidir. Bu, eyni zamanda, təhsil ictimaiyyətində dərin minnətdarlıq hissi doğurmaqla yanaşı, pedaqoji kollektivlərin məsuliyyətini daha da artırmışdır.
Bütün bunlar barədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev şəhid, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan uşaqlarla görüşündə ətraflı danışmışdır. Başçı bildirmişdir ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində olan Azərbaycan çevik, məqsədyönlü siyasətin nəticəsi kimi son illərdə təhsil sisteminin həlli vacib problemlərini əsaslı surətdə aradan qaldırmaq imkanı qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursu son 8 ildə inamla davam etdirərək yeni dövrün tələblərinə uyğun müasirləşdirən Prezident İlham Əliyev ötən müddətdə respublikada təhsilin daha da inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Dövlət başçısı hələ 2008-ci il oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimində cəmiyyətin bir çox həyati əhəmiyyətli sahələri kimi, təhsil sistemində qazanılan uğurlara da toxunmuş, ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini vurğulamışdır.
A.Qocayev demişdir ki, inkişaf etmiş ölkələrdə təhsilin müasir tələblər səviyyəsində inkişafı böyük məbləğdə investisiya tələb edir. Bu da təsadüfi deyildir ki, son illərdə respublikanın maliyyə imkanlarının artması ilə paralel şəkildə həmin sahələrə dövlət büdcəsindən ayrılan vəsaitlər də çoxalır. Müqayisə üçün xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 130 milyon manat təşkil edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata yüksəlmişdir. 2011-ci ildə büdcədən təhsilə ayrılan xərclər ümumi büdcənin 10 faizini təşkil etmişdir.
Görüşün sonunda 100 uşağa məktəbli çantası, dərs ləvazimatı paylanılmış, maddi yardım edilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında