Lənkəran Dövlət Universitetində bayram tədbiri keçirilmişdir

15 sentyabr - Bilik günü ölkəmizin bütün tədris müəssisələrində olduğu kimi , Lənkəran Dövlət Universitetində də təntənə ilə qeyd olundu. Bayram tədbirini giriş sözü ilə universitetin rektoru, əməkdar elm xadimi Asəf İsgəndərov açaraq yeni dərs ili munasibətilə mərasim iştirakçılarını təbrik etdi.
Rektor son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsildə də yüksək nəaliyyətlərin əldə olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə baş verən ümumi sosial-iqtisadi inkişaf bütün regionlarda olduğu kimi, Lənkəranda da özünü açıq şəkildə büruzə verir . Elə ölkəmizin ən qabaqcıl ali məktəblərindən sayılan Lənkəran Dövlət Universitetinin uğurlu fəaliyyəti də bu inkişafın, eləcə də Azərbaycanda təhsilə göstərilən dövlət qayğısının nəticəsidir.
Lənkəran Dövlət Universitetinin son illər əldə etdiyi uğurlardan söhbət açan A. İsgəndərov qeyd etdi ki, builki qəbul imtahanlarının nəticələrinə əsasən ali məktəblərə yerləşdirmə zamanı Lənkəran Dövlət Universiteti üzrə qəbul planının birincilər sırasında olması bu təhsil ocağına marağın getdikcə artmasından xəbər verir. Son illər universitetin maddi- texniki bazasının xeyli gücləndirilməsi burada yeni ixtisasların yaradılmasına imkan yaratmışdır. Azərbaycanda ən muasir təhsil şəbəkəsi qurulan iki ali təhsil müəssisəsindən birinin məhz Lənkəran Dövlət Universitetinin olduğunu diqqətə çatdıran natiq universitetin beynəlxalq əlaqələrindən söhbət açdı. Qeyd olundu ki, dünyanın 140 ən qabaqcıl ali məktəbi ilə əməkdaşlıq edən Lənkəran Dövlət Universiteti, həm də "Tempus" proqramının iştirakçısıdır.
A.İsgəndərov qeyd etdi ki, yeni dərs ilində Lənkəran Dövlət Universitetində 1554 nəfər tələbə təhsil alacaqdır ki, bunun da 81 nəfəri magistrantdır. 366 bakalavr və 33 magistrant isə ilk dəfə universitet auditoriyalarına qədəm qoyacaq.
Lənkəran Şəhər İcra Hakimiyyətinin içtimai-siyasi şöbəsinin müdirü Əlimərdan Əliyev, dosent Mirhaşım Talışlı və başqaları çıxış edərək yeni dərs ilinin başlanması ilə əlaqədar müəllimləri, tələbələri, eləcə də valideynləri təbrik etdilər, son illər ölkəmizdə təhsil sahəsində əldə olunmuş uğurları bu sahəyə göstərilən dövlət qayğısının məntiqi nəticəsi kimi dəyərləndirdilər.
Sonra builki qəbul imtahanında yüksək nəticə göstərərək Lənkəran Dövlət Universitetində dövlət sifarişi əsasında təhsil almaq imkanı qazanmış tələbələrin bir qrupu mərasim iştirakçılarına təqdim olundu, onlara tələbə biletləri verildi. Çıxış edən birinci kurs tələbələri Azərbaycanda gənclərə göstərilən dövlət qayğsından söhbət açdılar, gələcəyin layiqli vətəndaşları olmaq üçün dərslərə səylə hazırlaşacaqlarına söz verdilər.
Axırda universitetin 1-ci kurs tələbələrinin valideynləri ilə görüş keçirildi, onları maraqlandıran suallar ətraflı cavablandırıldı.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında