Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi bu ilin birinci qrant müsabiqəsinin nəticələri müzakirə edilmişdir

Sentyabrın 12-də "Hyatt Regency" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən "Qrant layihələrinin idarə olunması üzrə seminar və layihələrin təqdimatı" keçirilmişdir.
Tədbirdə 2011-ci ilin birinci müsabiqəsinin qalibi olmuş 82 layihənin rəhbərləri, fondun Himayədarlar Şurasının üzvləri və elmi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən respublikamızın bu illərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, bütün sahələr kimi, elmin inkişafı istiqamətində də görülən çoxşaxəli və perspektivli işlərin səmərəsindən söhbət açmışdır.
Fondun yaranmasından, təşkilatlanma, qrant müsabiqələrinin təşkili və keçirilməsi sahəsində əldə olunan nailiyyətlərdən danışan natiq bildirmişdir ki, ötən illə müqayisədə 2011-ci ilin birinci qrant müsabiqəsinin qaliblərinin sayı təqribən iki dəfə artmışdır. Qalib layihələr arasında təkcə Azərbaycan Milli Elmlər Akademiyası təşkilatlarının deyil, universitetlərin, nazirlik və digər qurumların nəzdində olan elmi müəssisələrin, eləcə də QHT-lərin də nümayəndələri vardır.
Tədbirdə akademik Ramiz Mehdiyevin başçılıq etdiyi Himayədarlar Şurasının fondun fəaliyyətinin ən yüksək səviyyədə təşkilinə daim diqqət yetirdiyi xüsusi vurğulanmışdır.
Seminarda qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, fondla layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri üzrə təqdimat keçirilmişdir.
Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən "Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və surətlərinin ölkəmizə gətirilməsi" layihəsi xüsusi maraqla qarşılanmışdır. Layihənin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva İspaniya və Fransanın kitabxana və arxivlərində axtarış apararaq 80-dən çox xəritənin surətini çıxarmış, elektron variantını hazırlamış, çəkilişlər aparmışdır.
Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. X-XIII əsrlərdə tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir.
Tədbirdə, həmçinin fondun maliyyələşdirdiyi qrant yolu ilə nəşr olunan "Azərbaycanda qadınların reproduktiv sağlamlığının ətraf mühitin təsirindən asılılığı" monoqrafiyasının da təqdimatı keçirilmişdir.
Sonda layihə rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında