Cari ildə Azərbaycan Diplomatik Akademiyasının magistr pilləsinə 37 tələbə qəbul olunmuşdur

Cari il Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistr pilləsinə 37 tələbə qəbul olunmuşdur. Bu tələbələrin 30 faizi müxtəlif ölkələri təmsil edir.
Bu sözləri xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev AzərTAc-a müsahibəsində demişdir.
H.Paşayev bildirmişdir ki, bununla yanaşı, bu il akademiyaya ilk dəfə olaraq bakalavr pilləsi üzrə də tələbə qəbul olunmuşdur. Elmin sirlərinə ADA-da yiyələnmək istəyən yüksək bal toplamış 60 tələbə məhz bu ali təhsil ocağını seçmişdir.
"Bir il bundan sonra biz yeni tikilən binaya köçəcəyik və orada təbii ki, artım olacaqdır. Ümumilikdə 2015-2016-cı illərdə ADA-ya 1500-1600 tələbə qəbulunu planlaşdırırq. İstəyimiz odur ki, cavanlarımız xaricə üz tutmasınlar, ADA-da istədikləri bilikləri qazansınlar", - deyə rektor vurğulamışdır.
Hazırda ADA-da tədrisin beynəlxalq əlaqələr və konfliktologiya istiqaməti üzrə aparıldığını qeyd edən H.Paşayev bildirmişdir ki, gələcəkdə akademiyada digər sahələr üzrə də ixtisasların açılması nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında