Misir MƏRDANOV: Orta məktəbi qızıl və gümüş medallarla bitirən tələbələr qəbul imtahanlarında yüksək nəticə göstəriblər

Bu il Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq orta məktəb məzunları qızıl və gümüş medallarla təltif edilib. "Azadinform" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov demişdir. Nazirin sözlərinə görə, qızıl və gümüş medallarla təltif olunan məktəb məzunlarının sayı 53 nəfər olmuşdur. M.Mərdanov sözügedən məzunların ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal topladıqlarını qeyd etmişdir.
Nazir həmçinin Azərbaycan təhsilinin 10 illik strategiyasının hazırlanması ilə bağlı ölkə Prezidentinin tapşırığının uğurla icra olunduğunu bildirmişdir: "Yaxın zamanlarda ölkə Prezidenti tərəfindən Azərbaycan təhsilinin 10 illik strategiyası ilə bağlı sərəncam imzalanacaq. Azərbaycan son 20 illik müstəqillik dövründə 50-60 illik inkişaf yolu keçib və dünyanın ən sabit ölkəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında