Yeni tədris ilində dərslik problemi olmayacaq

Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Yeni dərslik siyasətinin əsasını qoyan ulu öndər dərsliklərin milli xarakterli olmasını vacib şərt kimi qarşıya qoyurdu. Bu gün ulu öndərin dərslik siyasəti uğurla davam etdirilir.
Son illər təhsilin məzmununda aparılan islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər yeni, daha səmərəli məzmun və forma tələb edir. Bu istiqamətdə xeyli iş görülmüş və ötən il yaradılan dərsliklərdə bunlar nəzərə alınmışdır. Bir vaxtlar yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin tətbiqinə başlanılıb. Müvafiq dərslik komplektləri nəşriyyatın seçdiyi müəllif qrupları ilə birlikdə hazırlanır və tender komissiyasına təqdim olunur. Dərslik komplektlərinin qiymətləndirilməsi 2 mərhələdə aparılır və nəticələr Təhsil Nazirliyinin təsdiq etdiyi "Dərslikləri qiymətləndirilmə meyarları" əsasında bal sistemi ilə qiymətləndirilir.
Dərsliklər son illər xeyli təkmilləşmiş, onların məzmunu yeniləşmiş, tərtibatı əsaslı şəkildə müasirləşdirilmişdir.
Artıq neçə illərdir ki, nəşri nəzərdə tutulan dərsliklər "Ümumi təhsil sistemində dərslik siyasəti", "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası" və "Dərsliklərin nəşri, çapı və paylanması qaydaları"na müvafiq olaraq respublikamızın mövcud şagird komponenti, eləcə də Gürcüstanın və Dağıstanın təlimi Azərbaycan dilində olan məktəblərinin, xarici ölkələrdəki "Bazar günü" məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə edilir və onların siyahısı və tirajı razılaşdırılır.
2011-2012-ci tədris ili üçün də yeni dərsliklərin hazırlanması başa çatdırılmış, artıq onların paylanması işlərinə başlanılmışdır.
Respublikamızda təlimi Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi üçün 2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı, onların müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub.
Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurikulum əsasında işlənmiş bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.
Onu da qeyd edək ki, 2011-ci ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus dili", VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası", "Zoologiya", "Rus dili", "Fransız dili", IX siniflər üçün "Yeni tarix", "Rəsmxət", "İnsan (Biologiya)", "Rus dili", "Fransız dili", X siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı" və "Rus dili" dərslikləri yenidən nəşr olunub. Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında