Azərbaycanda ilk dəfə doktoranturaya qəbul keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2011-ci ilə AMEA-nın elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə əyani və qiyabi şöbələrə sənəd qəbulu elan etmişdir.
AMEA-dan bildirmişlər ki, doktoranturaya sənəd qəbulu bir ay müddətində - sentyabrın 1-dən 30-dək aparılacaqdır. Sənədlərin qəbulundan sonra isə oktyabrda doktoranturaya qəbul imtahanları keçiriləcəkdir.
Eyni vaxtda AMEA cari il üçün respublikanın digər elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə əyani və qiyabi şöbələrə sənəd qəbulu aparacaqdır.
Doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verəcəklər. İstehsalatdan ayrılmaqla təhsil alacaq bütün doktorantlar təqaüdlə təmin olunacaqlar.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya namizədlər isə doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödəniləcək və hər il məzuniyyət veriləcəkdir.
Əlavə məlumat əldə etmək istəyənlər AMEA-nın doktorantura və kadrlar şöbəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu il ilk dəfə Azərbaycanda doktoranturaya qəbul keçirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında