Təhsildə fəlakət riskinin azaldılması üzrə Milli koordinasiya mexanizminin yaradılması ilə bağlı müzakirələr aparılmışdır

Avqustun 9-da "Hyatt Regency-Naxçıvan" mehmanxanasında BMT-nin Uşaq Fondu (YUNİSEF), Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə reallaşdırdıqları "Azərbaycanda riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi" layihəsinin yekunu ilə bağlı konfrans keçirilmişdir. Layihə Avropa Komissiyasının humanitar yardım şöbəsinin (DIPECHO) maliyyə dəstəyi ilə həyata keçirilən "Təhsildə fəlakət riskinin azaldılması" proqramının tərkib hissəsidir.
YUNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafa 2010-cu ildən başlayaraq həyata keçirilən layihənin məqsədindən danışmışdır. Bildirmişdir ki, dünyada baş verən fəlakətlər ucbatından hər il milyonlarla insan tələf olur. Təəssüflər olsun ki, bu insanlar arasında uşaqlar da vardır. Lakin fəlakətlərin riskini azaltmaq üçün imkanlar mövcuddur və bu imkanlardan istifadə etməklə onların qarşısını almaq mümkündür. Məhz buna görə də, uşaqların bu istiqamətdə düzgün tərbiyəsi və maarifləndirilməsi çox önəmlidir.
DIPECHO layihəsi üzrə YUNİSEF-in əlaqələndiricisi xanım Aislinq Falconer diqqətə çatdırmışdır ki, fəlakətlərə hazırlıq və fövqəladə hallar zamanı davranışlarla bağlı 6 region üzrə (Bakı şəhəri, Şamaxı, Şəki, Zaqatala, Sabirabad və Saatlı rayonları) seçilmiş 10 pilot məktəbində monitorinq aparılmış, layihə çərçivəsində məktəblərin ehtiyacları müəyyənləşdirilmişdir. Təlimlərdə şərti təbii fəlakətlər, qəzalar, müxtəlif fövqəladə vəziyyətlər zamanı riskli vəziyyətdən çıxış yollarını tapmaq, eyni zamanda fəlakət riskinin azaldılması üzrə bilik və bacarıqların artırılması üçün xilasetmə, təhlükəsizlik avadanlığından istifadə qaydaları öyrədilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Kamil Bağırov maarifləndirmə təlimlərinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, müəllimlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri şagirdlərə və məktəbin digər işçilərinə çatdırmaları olduqca vacibdir. Belə olarsa, məktəblərdə şagird və müəllimlər xilasedicilər gələnədək öz təhlükəsizliklərini müstəqil təmin edə bilərlər.
Konfransda təhsildə fəlakət riskinin azaldılması üzrə Milli koordinasiya mexanizminin yaradılması və gələcək layihələr üzrə müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında