Nizami CƏFƏROV: Latın qrafikalı əlifbaya keçid məsələsində digər türkdilli dövlətlər Azərbaycanın təcrübəsini öyrənirlər

"Latın qrafikalı əlifbaya keçidlə bağlı Azərbaycan böyük təcrübəyə malikdir. Hazırda digər türkdilli dövlətlər Azərbaycanın bu yöndəki təcrübəsini öyrənirlər". Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov demişdir.
N.Cəfərov bildirmişdir ki, hələ sovetlər dönəmində latın qrafikasından kirill əlifbasına keçid xalqımıza qarşı repressiyanın bir elementi idi. Repressiya faktoru olduğu üçün bundan imtina doğru addımdır:
"Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi ki, latın əlifbasına birdən-birə keçid baş vermədi. Bu proses müxtəlif səviyyələrdə tədricən getdi. Azərbaycandan sonra türk dünyasında özbəklər də latın əlifbasına keçid ərəfəsindədirlər. Qazaxlar da bizim təcrübəmizi öyrəndilər, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yaratdığı komissiya Türkiyə və Azərbaycanda oldu. Ölkəmizdə müəyyən məsləhətlər aldılar ki, əlifbaya keçərkən nə etmək lazımdır və hətta xırda incəliklərə qədər maraqlandılar, bizdə keçid baş verən zaman cəmiyyətin müxtəlif zümrələrinin necə münasibət göstərmələrini soruşdular. Yəqin ki, qazaxlar da bu əlifbaya keçəcək. Qazaxların ardınca qırğızlar da bu addımı atacaq. Çünki qazaxlarla qırğızların dili bir birinə çox yaxındır. Faktiki olaraq Azərbaycan dövləti bu dəfə də öncüllüyü ələ aldı və uğurlu təcrübəni digərlərinə verdi. Bundan da başqa türk xalqları faydalanırlar. Eləcə də, yarımmüstəqil dövləti olan türk xalqları, tatarlar, başqırdlar, yakutlar da bu məsələni düşünür və bizim təcrübəni öyrənirlər", - deyə komitə sədri vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında