Azərbaycanın ali məktəblərinin vakant yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulunun vaxtı açıqlanıb

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulunun tarixi müəyyənləşdirilib. Bu barədə çümə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat vermişdir.
Sənəd qəbulu avqustun 5-dən başlayacaq və avqustun 9-dək davam edəcək.
Vakant yerlərə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı "Abituriyent" jurnalının avqustun 5-də işıq üzü görəcək 7-ci sayında açıqlanmışdır.
Azərbaycanın ali təhsil məktəblərinə tələbə qəbulu üçün aparılmış müsabiqənin nəticələri avqustun 3-də açıqlanmışdır.
Cari ildə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 faiz dolmuşdur. "Abituriyent" jurnalının 6-cı sayında müsabiqə nəticəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da dərc olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında