Masallıda Heydər Əliyev Universitetinin növbəti məşğələsi

Milli Qurtuluş Günü münasibətilə Masallıda silsilə tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, əmək və müharibə veteranları, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər. 
Sonra Masallı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin "Böyük xilaskarın qayıdışı" mövzusunda növbəti məşğələsi keçirildi. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, müdrik xalqımızın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyevin Respublika Ali Sovetinin sədri seçilməsi ölkədə sabitliyə və tərəqqiyə doğru yeni bir mərhələnin təməlini qoydu. Ümummilli lider Azərbaycanı geniş və dinamik bir inkişaf yoluna, əbədi, dönməz və daimi müstəqillik yoluna çıxartdı, millətimizin inamını özünə qaytardı. Natiq bildirdi ki, daha sonra atəşkəsə nail olan, "Əsrin müqaviləsi"ni imzalayan Heydər Əliyev yeni mərhələdə dövlətçilik ənənəsinin başlanğıcını qoydu. Xalqımız üçün olduqca fərəhlidir ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərimizin siyasi və iqtisadi kursunu inamla davam etdirir.
Sonra YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov, ağsaqqallar şurasının sədri Cavanşir Əsədov, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, Heydər Əliyev muzeyinin direktoru Əyyar Tahirov çıxış edərək, XX əsrin görkəmli siyasi şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, sonrakı dinamik inkişafında, ölkədaxili siyasi sabitliyin, ərazi bütövlüyünün qorunmasında, xarici siyasi-iqtisadi əlaqələrin qurulmasında rolu barədə ətraflı məlumat verdilər. Natiqlər ulu öndərin azərbaycançılıq ideologiyasının və siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğuladılar, respublikamızdakı böyük inkişafı bu siyasətin əməli bəhrələri kimi dəyərləndirdilər.
Tədbir axşam saatlarında Heydər Əliyev adına parkda şəhər mədəniyyət evi kollektivinin hazırladığı geniş bayram konserti ilə davam etdirilmişdir.

{nl}

Ə.NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında