Ulu öndər Heydər Əliyevin ideyaları əbədidir

İyunun 14-də Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. 
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki, müstəqil dövlətimizin yaranması və inkişafı ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.
1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini bildirən rektor 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xilaskarlıq rolunu vurğulamışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müasir tariximizin ən şanlı və parlaq səhifələrindən biri - Milli Qurtuluş gününə həsr olunan məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuş, anarxiya və xaosun, hərc-mərcliyin qarşısı alınmış, ictimai-siyasi proseslər normal məcraya yönəldilmişdir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin tüğyan etdiyi şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarması idi. Məhz onun siyasi dühası sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxmış, ölkədə sabitlik və əmin-amanlıq yaranmışdır.
Heydər Əliyevin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan neft müqavilələrinin təməli qoyulmuşdur. Məhz onun uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" kəlamı həqiqətə çevrilmişdir.
Akademik Vasim Məmmədəliyev, BDU-nun professorları Məmməd Məmmədov, Şahlar Əsgərov və digər çıxış edənlər 1993-cü ilin iyun günlərini xatırlatmış, sabitliyin yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bərpa edildiyini vurğulamışlar. Natiqlər görkəmli dövlət xadimi Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin inkişafına qayğısından ətraflı söhbət açmışlar.
Tədbirdə əminliklə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə uğurla davam etdirilməsi Azərbaycanı qüdrətli ölkəyə, regionun birmənalı liderinə çevirəcək, beynəlxalq aləmdə onun mövqelərini daha da möhkəmləndirəcəkdir. Aparılan məqsədyönlü siyasət nəticəsində yaxın illərdə Azərbaycan zəngin dövlətə çevriləcək, ölkəmizin qüdrəti daha da artacaq, əhalinin rifahı durmadan yaxşılaşacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında