İğdırdakı Heydər Əliyev adına liseyin ilk buraxılışı olmuşdur

Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev adına liseyin ilk buraxılışı olmuşdur.  
Bu münasibətlə keçirilmiş mərasimdə liseyin ilk məzunlarının qarşısında çıxış edən İğdır valisi Amir Çiçək, vilayət təhsil şöbəsinin müdiri Bəkir Aksoy, Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşı Rafiq Rüstəmov və liseyin direktoru Tuna Ok məzunların türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan təhsil ocağına layiq mütəxəssislər olacaqlarına inamlarını ifadə etmiş, onlara gələcək həyatlarında uğurlar diləmişlər. Natiqlər vurğulamışlar ki, gündən-günə inkişaf edən və güclənən Azərbaycanın İğdır və Qarsda inşa etdikləri liseylər ulu öndərin "Biz bir millət, iki dövlətik" kəlamının həyatiliyinin daha bir nümunəsidir.
Vali Amir Çiçək demişdir ki, bu liseyin xeyir-duasını da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan vermişdir. Ümidvaram ki, bu təhsil ocağının məzunları arasından böyük dövlət adamları yetişəcəkdir.
Mərasimin sonunda məzunlar birinci sinif şagirdlərinə Türkiyə və Azərbaycanın dövlət bayraqlarını hədiyyə etmişlər.

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında