Uşaqlar üçün ilk dəfə nəşr olunmuş Azərbaycan incəsənəti haqqında ensiklopedik məlumat kitabının növbəti cildləri təqdim edilmişdir

İyunun 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Azərbaycan incəsənəti - təsviri sənət, dekorativ-tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik məlumat) kitabı"nın 2 və 3-cü cildlərinin təqdimatı keçirilmişdir. 
Kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində "Bizim nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən "Letterpress" nəşriyyat evində çap olunmuşdur.
Dövlət rəsmilərinin, incəsənət xadimlərinin, kütləvi informasiya vasitələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əməkdar incəsənət xadimi Ziyadxan Əliyev kitab haqqında ümumi məlumat verərək onun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunduğunu söyləmişdir. O, kitabın nəşrinə maliyyə dəstəyi göstərən Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev təqdim olunan kitabın Azərbaycan incəsənətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirmiş, gələcəkdə onun xarici ölkələrdə yayılması üçün ingilis dilində nəşrinə də dəstək göstəriləcəyini söyləmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vüqar Səlimov tədbirdə çıxış edərək kitabın nəinki uşaqlar, habelə böyüklər üçün də faydalı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, təqdim olunan kitab Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği işində mühüm əhəmiyyət daşıyır. V.Səlimov əlavə etmişdir ki, sənət adamları, xüsusilə rəssamlar və heykəltəraşlar adi insanlardan fərqlənirlər. Bu baxımdan həmin sənət sahibləri haqqında uşaqlar üçün belə ensiklopedik məlumatın hazırlanması, onların əsərlərinin yeniyetmələrə çatdırılması təqdirəlayiqdir. Hər kəs bu sənət əsərləri ilə tanış olmalı, onu ətrafındakılar arasnda təbliğ etməlidir.
"Bizim nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev kitabın "Vətənimizi öyrənək" seriyasından nəşr edilən növbəti 2-ci və 3-cü cildlər olduğunu bildirmiş, onların Bakıda və regionlarda olan kitabxanalara pulsuz paylanacağını söyləmişdir. Natiq son vaxtlar ölkəmizdə ensiklopediyanın, o cümlədən uşaq ensiklopediyasının nəşrinin aktuallığını nəzərə alaraq Azərbaycan incəsənətinin uşaq və yeniyetmələr arasında təbliği baxımından kitabın əhəmiyyətini vurğulamışdır.
Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Fuad Salayev məktəblərdə rəsm və tarix dərslərində bu kitabların tədrisinin uşaqlarda Azərbaycan təsviri sənətinə yeni maraq oyadacağını söyləmişdir.
Ensiklopedik məlumat kitabı rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, memarlıq sahələrini əhatə edir. Kitabda Azərbaycan incəsənətinin görkəmli nümayəndələri, dünya şöhrətli sənət nümunələri haqqında yığcam məlumat verilmişdir. Nəşrdə mühacirət rəssamlığı və Qarabağ mövzusuna xüsusi yer ayrılmışdır.
Kitabın tərtibçiləri əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında