Təhsil ocağının uğurları

Müstəqil dövlətimizin banisi, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrdə olduğu kimi, təhsilin inkişafına da böyük əhəmiyyət vermişdir. "Təhsil millətin gələcəyidir"- deyən ulu öndərimiz Azərbaycanda təhsil sisteminin müasir tələblərə cavab verməsi və bu sahədə islahatların keçirilməsi, təhsil işçilərinin rifahının yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümummilli liderimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu sahəyə xüsusi diqqətlə yanaşır. 
Ölkəmizdə təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, yeni məktəblərin inşası, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi yönündə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bunlar isə nəticədə ölkəmizin təhsil ocaqlarının əldə etdikləri nailiyyətlərdə özünü bariz şəkildə nümayiş etdirir.
Uğurları ilə seçilən təhsil müəssisələrindən biri də Bakının Nəsimi rayonundakı A. Şaiq adına 54 nömrəli orta məktəbdir. 1984-cü ildə bu məktəbdə olan ümummilli liderimiz Heydər Əliyev öz təəssüratlarını bu sözlə ifadə etmişdi: "Bu yaxşı məktəb imiş ki, məni buraya dəvət ediblər".
1967-ci ildən fəaliyyət göstərən məktəbdə 1380 şagirdin təlim-tərbiyəsi ilə 117 pedaqoq məşğul olur. Müəllimlərdən 3-ü SSRİ maarif xadimi adına, 7-si "Azərbaycanın qabaqcıl maarif xadimi" döş nişanına, 2 pedaqoq isə əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2007-2008-ci tədris ilində 2 pedaqoq "İlin ən yaxşı müəllimi" müsabiqəsinin, 2008-2009-cu tədris ilində isə məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Hazırda məktəbdə 15 ali kateqoriyalı müəllim çalışır.
Məktəbin direktoru Sahibə Abbasova bildirdi ki, məktəbdə iş bir neçə prinsip əsasında həyata keçirilir: keyfiyyətli təhsil şəraitinin yaradılması, şagirdlərin şəxsiyyət yönümlü inkişafının təmin edilməsi, müəllim və şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, şagirdlərin inkişaf təcrübəsinin əldə olunması və zənginləşdirilməsi.
İnternet şəbəkəsinə qoşulmuş məktəbdə 41 kompyuter vardır. Bu il məktəbdə 7 birinci sinif olmuş və bu siniflərin hər biri kompyuterlə təmin edilmişdir. Dərslər yeni metod-kurikulumla keçirilmişdir. Kurikulumun tətbiqi zamanı təlimin yüksək səviyyədə təşkili məsələlərinə mütəmadi nəzarət edilir. Şagirdlərin faktiki biliklərinin üzə çıxarılması məqsədilə siniflərdə monitorinqlər keçirilir və onların nəticələri pedoqoji şurada müzakirə edilir. Bundan başqa, məktəbdə açıq dərslər, dəyirmi masalar və fənn gecələri keçirilir. Burada bir neçə fakültətiv və dərnəklər fəaliyyət göstərir. "Fransız dili" dərnəyində məşğul olan şagirdlərin ali məktəblərə qəbul zamanı bu fənn üzrə yüksək göstəricilərə nail olması fərəhləndirici haldır.
Məktəbin şagirdləri müxtəlif olimpiada, müsabiqə və idman yarışlarında yüksək göstəricilərə nail olur, əlamətdar günlərdə keçirilən tədbirlərdə fəal iştirak edirlər. Bakı Şəhəri Təhsil İdarəsinin təşkil etdiyi "Azərbaycan, dünyam mənim" müsabiqəsində məktəbin şagirdləri kompyuter layihəsi və rəsm müsabiqələrində ikinci yeri tutmuşlar. Keçən il fənn olimpiadalarında 7 şagird qalib gələrək şəhər təhsil idarəsinin diplomlarına layiq görülmüşlər. "Ətraf aləm və biz" mövzusunda keçirilmiş olimpiadalarda 3 şagird fərqlənmişdir. Bu il Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi bilik yarışının nəticələrinə görə 54 nömrəli məktəbin 8 şagirdi birinci yerləri tutmuşlar. 9-cu sinif şagirdi Nəzrin Əlizadə Rusiyanın Pyatiqorsk şəhərində keçirilmiş qılıncoynatma yarışlarında birinci yerə layiq görülmüşdür. 9-cu sinif şagirdi Sona Heydərova Bakı şəhəri üzrə şahmat yarışında birinci yeri qazanmışdır.
Məktəbin 10-cu sinif şagirdi, istedadlı rəssam Günay Bəylərovanın uğurlarını xüsusi qeyd etmək lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş gül bayramında Günayın çəkdiyi rəsm yüksək qiymətləndirilmiş, o, Bakı Şəhər İcra Hakimiyyətinin diplomunu və pul mükafatını almışdır. Günayın işləri Fransa, Polşa və Türkiyədəki sərgilərdə nümayiş etdirilmiş və onun Bakıda dörd fərdi sərgisi keçrilmişdir.
Hər bir tədris müəssisəsinin fəaliyyətinin nəticələri onun məzunlarının gələcək mərhələlərdəki uğurları ilə qiymətləndirilir. Son illər 54 nömrəli məktəbin məzunlarının ali məktəblərə qəbulu zamanı əldə etdikləri naliyyətlər bu təhsil ocağında çalışan pedaqoqların zəhmətlərinin hədər getmədiyini və gənclərin etimadı doğrultduqlarını göstərir. Fərəhləndirici haldır ki, keçən tədris ilində məktəbi bitirən məzunların 66 faizi ali məktəblərə qəbul olunmuş, onlardan 7 nəfəri imtahanlarda 600-685 bal toplamışlar. Bu il 9-cu sinfi bitirən 5 nəfər fərqlənmə şəhadətnaməsinə, 1 nəfər 11-ci sinif şagirdi isə qızıl medala layiq görülmüşdür.
Məktəbdə olarkən buradakı səliqə-səhman, təmizlik, yüksək səviyyədə hazırlanmış müxtəlif stendlər diqqətimizi cəlb etdi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, təhsil ocağının əsaslı təmirə ehtiyacı olduğu nəzərdən qaçmırdı.
Son illər ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar, əldə edilən uğurlar hamımızı sevindirir. Gənc nəslin təlim-tərbiyəsi kimi mühüm sahədə çalışan məktəb kollektivi öz nailiyyətlərini artırmaq arzusu ilə çalışır.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında