Vergilər Nazirliyinin təşkilatçılığı ilə olimpiada keçirilmişdir

Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən, 8 dövlət, 5-i özəl olmaqla 13 ali məktəbin 200-dən çox tələbə və magistrantları arasında "Vergilər" mövzusunda 4-cü Olimpiada keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (AzDİU) prorektoru Nazim Eminov olimpiada iştirakçılarını salamlamış, son illərdə vergilərin tədrisində müşahidə olunan uğurlardan bəhs etmişdir. O, Olimpiadanın Dövlət İqtisad Universitetində keçirilməsindən məmnunluğunu ifadə etmiş, iştirakçılara uğurlar arzulamışdır.
Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov "Vergilər" mövzusunda olimpiadanın artıq ənənə halını aldığını bildirmişdir. Asif Cahangirov qeyd etmişdir ki, ulu öndərimizin uzaqgörən siyasəti və onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi olaraq bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyanın lider dövlətlərindəndir. Yeni tarixi mərhələdə ölkə iqtisadiyyatının dinamik inkişafında vergilərin rolu və əhəmiyyətinin artdığını bildirən Asif Cahangirov vergi orqanları qarşısında qoyulan mühüm vəzifələrdən birinin də əhalinin, xüsusilə də gənc nəslin vergi mədəniyyətinin yüksəldilməsinə diqqətin artırılması ilə bağlı olduğunu vurğulamışdır.
Qeyd edilmişdir ki, son illər ərzində Vergilər Nazirliyi tərəfindən ali və orta məktəblərdə vergilərin tədrisi ilə bağlı məqsədyönlü işlər görülmüşdür. Belə ki, orta məktəblər üçün vergilərə dair dərsliklər hazırlanmış, bölgələrdə 54 tədris-metodiki kabinet və 15 kompyuter terminalı yaradılmış, ali təhsil ocaqlarında isə vergilərin tədrisinə hərtərəfli köməklik göstərilmişdir.
Asif Cahangirov tələbələr arasında "Vergilər" mövzusunda belə bir olimpiadanın təşkilində əsas məqsədin cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsi, vergilərlə bağlı biliklərin dərinləşdirilməsi və vergi fənninin tədrisinin keyfiyyətinin artırılması olduğunu bildirmişdir. Olimpiada iştirakçılarının sayının və əhatə dairəsinin ildən-ilə xeyli genişləndiyi də diqqətə çatdırılmışdır.
Sonra olimpiada iştirakçıları müvafiq auditoriyalarda 2 saat ərzində sualları cavablandırmışlar. Olimpiada test üsulu ilə keçirilmişdir. Olimpiadanın nəticələri iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə xüsusi kompyuter proqramları və avadanlıqlar vasitəsilə qiymətləndirilmişdir.
Ciddi rəqabət şəraitində keçən olimpiadada tələbələr arasında I yeri Abdulxalıqov Şəmistan (AzDİU), magistrantlar arasında I yeri iki nəfər - Ağazadə Mirnərmin və Süleymanova Aynur (hər ikisi AzDİU) tutmuşlar. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında