"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda elmi konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mətbuat və informasiya xidmətinin verdiyi məlumata görə, akademiyanın tələbə və magistrlərinin iştirakı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı idarəçilik akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan, gənclərlə iş üzrə aparılan dövlət siyasətinin əhəmiyyətindən, onların hərtərəfli inkişafı üçün yaradılan imkan və şəraitdən danışmışdır. Daha sonra rektor ölkədə demokratikləşmənin dərinləşməsi, hüquqi dövlətin formalaşması və müstəqil dövlətçilik bünövrəsinin möhkəmlənməsi sahəsində görülən işlərdən danışaraq Heydər Əliyevin dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha vərəqləmişdir. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idarəçilik sisteminin sosial-siyasi, hüquqi aspektlərini geniş şəkildə şərh etmiş, qüdrətli şəxsiyyətin zəngin idarəçilik irsinin və çoxillik təcrübəsinin öyrənilməsinin əhəmiyyətini və bu sahədə Dövlət İdarəçilik Akademiyasında görülən işlərdən söz açmışdır. S.Qəndilov məhz Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində Azərbaycanda sağlam və sabit ictimai-siyasi mühitin formalaşdığını, vətəndaşların hüquq və azadlıqlarının dolğun təmin edildiyini, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun dinamik inkişaf yoluna qədəm qoyduğunu bir daha vurğulamış və bugünkü uğurlarımızın bu bazis əsasında qazanıldığını dilə gətirmişdir.
Sonra tələbə və magistrlərin "Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısı", "Heydər Əliyevin gənclər siyasəti", "Heydər Əliyev və Azərbaycan gəncliyinin təşkilatlanması prosesi", "Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi", "Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin inkişafında rolu", "Heydər Əliyev və Azərbaycan gənclərinin xaricdə təhsili", "Heydər Əliyevin mədəniyyət siyasəti və gənclik", "Heydər Əliyevin idman siyasəti" və s. maraqlı mövzularda məruzələri dinlənilmişdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında