Prezident Kitabxanasında "Tarix.gov.az" portalı təqdim edilmişdir

Mayın 26-da Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun "Tarix.gov.az" portalının təqdimatı olmuşdur.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 28 may - Respublika Günü ərəfəsində istifadəyə verilən portalın tariximizin öyrənilməsi baxımından əhəmiyyətini vurğulamışdır.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov portalın yaradılmasının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün geniş qeyd edilməsi ilə bağlı dövlətimizin başçısının akademiya qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsinin başlanğıcı olduğunu demişdir. Qeyd etmişdir ki, tariximizin araşdırılması, təbliği istiqamətində institutun gərgin fəaliyyəti AMEA-nın rəhbərliyi ilə yanaşı, geniş ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov portal haqqında təqdimatla çıxış etmişdir. Akademiyanın illik hesabat yığıncağında dövlətimizin başçısı İlham Əliyevin institutun fəaliyyətini yüksək qiymətləndirdiyini xatırladan natiq vurğulamışdır ki, yeni elektron resursun istifadəyə verilməsi ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm əhəmiyyət kəsb edir. Saytın məqsədi ermənilərin Qafqazda ən qədim xalq olmaları ilə bağlı uydurmaları ifşa etməkdir. Yaxın gələcəkdə biz Azərbaycanın ərazisini işğal edən vandallara bununla ciddi zərbə vuraraq dünya ictimaiyyətinə erməni yalanları barədə əsl həqiqətləri çatdıracağıq. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən portalın əsas devizi xalqımızın ümummilli lideri Heydər Əliyevin "Tarix həmişə hər şeyi öz yerinə qoyur" kəlamıdır. Xalqımızın beş min illik dövlətçilik tarixini özündə əks etdirən portala ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, dövlət atributları, soyqırımları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və işğal olunmuş rayonlar ilə bağlı materiallar, arxiv sənədləri, Azərbaycanın bütün qədim xəritələri, institutun çap etdirdiyi 80-dək ədəbiyyat, o cümlədən "İrəvan xanlığı", "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan" və s. əsərlər daxil edilmişdir. Bundan əlavə, saytın fotoqalereya bölməsində Azərbaycanın Qafqaz regionunda ən qədim xalq olduğunu sübut edən, eyni zamanda, ermənilər tərəfindən dağıdılmış tarixi abidələrimizin şəkilləri yerləşdirilmişdir. Azərbaycanla bağlı 60-dək xəritə, tamamlanmamış tədqiqatlar, tariximizə dair yüzlərlə kitabın elektron variantı da tezliklə portala əlavə olunacaqdır.
Qeyd edək ki, portalda, həmçinin AMEA Tarix İnstitutu haqqında ümumi məlumat, o cümlədən institutun strukturu, aparılan tədqiqatların əsas istiqamətləri, dissertasiyalar, quruma əvvəlki illərdə rəhbərlik etmiş alimlər haqqında ətraflı məlumat verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında