"Vergilər və iqtisadi inkişaf" mövzusunda respublika müsabiqəsinə yekun vurulmuşdur

Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris korpusunda Vergilər Nazirliyinin "Azərbaycanın vergi xəbərləri" jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə magistrantlar arasında "Vergilər və iqtisadi inkişaf" mövzusunda keçirdiyi referat yazılışı üzrə respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və həmin jurnalın rəsmi veb-saytının təqdimatı keçirilmişdir.
Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır. Layihənin tərəfdaşları Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Universiteti, Vergilər Nazirliyinin Tədris Mərkəzi və "Azərbaycanın vergi xəbərləri" jurnalının redaksiyasıdır.
Müsabiqənin təşkilində məqsəd vergi mövzusunun gənc alimlər arasında populyarlığını artırmaq, Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.
Müsabiqəyə referatların qəbulu bir aydan çox davam etmiş, ölkənin müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 23 iş daxil olmuşdur. ADİU-nun 1-ci kurs magistrantı O.Əhmədov 1-ci yerə, ADİU-nun 1-ci kurs magistrantı İ.Nəbiyev 2-ci yerə, ADİU-nun 2-ci kurs magistrantı A.Musayev 3-cü yerə layiq görülmüşlər. Təşkilat Komitəsi qaliblərə diplom və qiymətli mükafatlar təqdim etmişdir.
Tədbirdə "Azərbaycanın vergi xəbərləri" jurnalının rəsmi veb-saytının təqdimatı da olmuşdur. Jurnal 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş müstəqil, resenziyalı, aylıq elmi nəşrdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi mərkəzində qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnalının yeni veb-saytı www.vergixeberleri.az və www.taxesnews.az ünvanlarında yerləşir və dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində fəaliyyət göstərir.
Beynəlxalq standartlara cavab verən, istifadə üçün rahat və əlverişli olan veb-saytın bir neçə maraqlı bölmsi vardır. "İlk səhifə" bölməsində jurnalın sonuncu sayının elektron versiyası yerləşir. "Jurnal haqqında" bölməsində jurnalın bütün rekvizitləri - təsisçisi, rəsmi qeydiyyatı, missiyası, redaksiya və rəy verən heyətlər, müşavirləri, işçi qrupu, üzv olduğu beynəlxalq sitat və xülasə bazaları haqqında məlumatlar mövcuddur. İstifadəçilər saytın "Müəllif qaydaları" bölməsində elmi məqalələrini nəşr etdirmək istəyənlərin əməl etməli olduğu standartlar və prosedurlar haqqında informasiyalar əldə edə bilərlər. "Xəbərlər" bölməsində xəbərlər, elanlar və digər operativ məlumatlar, "Arxiv" bölməsində isə jurnalın bütün nömrələrinin elektron versiyaları həm ayrı-ayrı məqalələr formasında, həm də bütövlükdə jurnal formasında yerləşdirilmişdir. Veb-sayt vergilər sahəsində elmi tədqiqatlar, nəzəri araşdırmalar aparanlar, respublikamızda vergiqoyma təcrübəsini öyrənənlər, həmçinin, çoxsaylı vergi ödəyiciləri üçün nüfuzlu bilik, məlumat mənbəyidir.
Tədbirdə Vergilər Nazirliyinin, Bakı Dövlət Universitetinin, ADİU-nun, Azərbaycan Universitetinin, Təfəkkür Universitetinin, E-sistems şirkətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında