Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılışı olmuşdur

Azərbaycanda iri neft layihələrinin iştirakçısı olan bp şirkəti ölkəmizin ictimai, sosial-iqtisadi həyatı üçün son dərəcə vacib olan bir sıra humanitar tədbirlər də reallaşdırır. Mayın 24-də Qafqaz Universitetində açılan kimya mühəndisliyi laboratoriyaları da bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki, laboratoriyalar Qafqaz Universiteti və bp-Azərbaycan şirkətinin birgə layihəsi çərçivəsində təşkil edilmişdir.
Bu laboratoriyalar bp-nin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıqda həyata keçirməyə başladığı irimiqyaslı təhsil təşəbbüsünün bir hissəsidir. Layihənin ümumi məqsədi kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrində ixtisaslı mütəxəssislər hazırlamaqdır. Buna isə bp-nin maliyyə dəstəyilə yeni açılmış fakültələr vasitəsilə nail olunacaq. Yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş müasir laboratoriyalardır. Həmin laboratoriyalar universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradacaq. Bütövlükdə isə layihə bp şirkətinin və Qafqaz Universitetinin birgə təşəbbüsüdür və onun ümumi dəyəri 2 milyon 240 min dollardır. Həmin vəsaitin 1 milyon 150 min dollarını bp, qalan hissəsini isə universitet özü təmin etmişdir.
Yeri gəlmişkən, bu layihəni maliyyələşdirməklə yanaşı, bp həm də yeni yaradılmış fakültələrin tələbələrini şirkətin mövcud intern proqramlarına müraciət etməyə və işəgötürmə proseslərində başqaları ilə eyni əsasda iştirak etməyə dəvət edir. Eyni zamanda, bp-nin mütəxəssislərinin müntəzəm olaraq keçirilən seminar və konfranslarda öz bilik və təcrübələrini bölüşdürməklə universitetin mühəndis proqramlarına töhfələr verməsini təmin edir, tələbələrin sənaye ilə təmasını artırmaq üçün onların müvafiq bp laboratoriyalarından istifadəsinə şərait yaradır.
Milli Məclisin deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin iştirak etdikləri açılış mərasimində universitetin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin elmə, təhsilə böyük əhəmiyyət verdiyini, müdrik rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. O, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən danışmışdır.Təhsil nazirinin müavini Elmar Qasımov ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, Prezident İlham Əliyevin müvafiq sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini xatırlatmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, bp-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov, Milli Məclisin deputatı Fəttah Heydərov müasir dünyada elmin, təhsilin rolundan danışmış, təhsil müəssisəsində yeni laboratoriyalardan səmərəli istifadə olunacağına əminliklərini bildirmiş, müəllim və tələbələrə nailiyyətlər arzulamışlar. Məlumat verilmişdir ki, kimya mühəndisliyi laboratoriyaları (Ümumi kimya laboratoriyası, Analitik kimya laboratoriyası, Üzvi kimya laboratoriyası, Kimya mühəndisliyi və fiziki-kimya laboratoriyaları və s.) universitetdə kimya mühəndisliyi ixtisası üzrə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacaqdır. Sonra tədbir iştirakçıları müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarla tanış olmuşlar.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında