Tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş elmi konfransı işə başlamışdır

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfransı işə başlamışdır.
Konfransı giriş sözü ilə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov açaraq demişdir ki, ADU-nun yaradılması, fəaliyyəti və inkişafı məhz ümummilli liderin adı ilə bağlıdır. Elmsiz təhsil, təhsilsiz inkişaf yoxdur. İnkişafsız dövlət öz müstəqilliyini qoruyub saxlaya bilməz. Ulu öndər bu fikirləri dönə-dönə vurğulamışdır.
Rektor son vaxtlar dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın təhsil sisteminin inkişafı ilə bağlı bir sıra sərəncamlar imzaladığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, bu gün təhsil sisteminin bayraqdarlarından birinə çevrilmiş ADU öz tələbələri ilə fəxr edir. Artıq universitetin tələbələri ən fəal elmi məqalə və tezisləri ilə çıxış etməyə hazırdırlar. ADU-nun 520 tələbəsi bu konfransa öz elmi işlərini təqdim etmişdir.
Konfransda tələbələrin "İntonasiyanın sintaksislə əlaqəsi", "Xarici dillərin tədrisində dilöyrənmə psixologiyası", "Dövlət qulluğuna daxilolmanın şərtləri və xüsusiyyətləri", "Terrorizm - qanla yazılmış tarix" və s. mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans mayın 8-dək davam edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında