Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsi keçirilmişdir

Azərbaycanın Gənclər və İdman Nazirliyi, respublikamızın Özbəkistandakı səfirliyi bu ölkənin Ali və Orta İxtisas Təhsili Nazirliyi və "Kamolot" Gənclər İctimai Birliyi ilə birgə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Mən Azərbaycan haqqında nə bilirəm" esse-inşa müsabiqəsi keçirmişlər.
Müsabiqədə Daşkəndin ali məktəbləri, kollec və liseylərində təhsil alan, müxtəlif xalqların nümayəndələri olan 80-ə yaxın gənc iştirak etmişdir.
Tələbələr "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri", "Azərbaycan və Özbəkistan: tarixi əlaqələr və perspektivlər", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları", "Azərbaycanın neft-qaz strategiyası", "Azərbaycanın iqtisadi inkişafı", "Azərbaycanın tarixi, incəsənəti, mədəniyyəti", "Azərbaycan xalqı: dil, din və ənənələr" mövzularında esse-inşa yazmışlar.
Səfirliyin ikinci katibi Səbuhi Əhmədov bildirmişdir ki, tələbələrə yazıları özbək, rus və ingilis dillərində yazmaq sərbəstliyi verilmişdir. Müsabiqə iştirakçılarının 15-i "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri" mövzusuna müraciət etmişdir. S.Əhmədov demişdir ki, müsabiqənin münsiflər heyəti esse-inşa yazılarının içərisindən 10 ən yaxşısını seçəcək və mükafat olaraq müəlliflər Azərbaycana pulsuz səfərə göndəriləcəklər. Onlar bir həftə ərzində Bakıda keçiriləcək müxtəlif mədəni-humanitar proqramlarda iştirak edəcəklər.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov tədbirdə iştirak etmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında