Strateji Araşdırmalar Mərkəzində xaricdə təhsil alan tələbələrin problemləri müzakirə olunmuşdur

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq" mövzusunda müzakirələr keçirilmişdir. 
Gənclər və İdman Nazirliyi, SAM və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə xaricdə təhsil alan tələbələrin ictimai təşkilatının (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər və ekspertlər iştirak etmişlər.
Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində təşkil olunmuş bu tədbirin məqsədi gənclərin nəzəri biliklərini artırmaq, diskussiya bacarıqlarını və mədəniyyətini inkişaf etdirməkdir.
Debatlar "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasında gənclərin real iştirakının artırılması məqsədinə xidmət edir. Müzakirə olunan məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş əsas istiqamətlərlə uzlaşır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, debatların məqsədi gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakının təmin edilməsidir. Təhsil nazirinin müavini Elmar Qasımov isə qeyd etmişdir ki, dövlət proqramlarının hazırlanmasında gənclərin təkliflərinə böyük ehtiyac vardır. Nazir müavini "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasında ictimai rəyin, tələbə və gənclərin təkliflərinin nəzərə alınacağını bildirmişdir.
Xatırladaq ki, ilk müzakirələr "Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?", "Tələbə gənclər: gözləntilər, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər", "Gənclərin elmdə iştirakı" mövzularında keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında