Azərbaycan Diplomatik Akademiyasının ilk Magistratura Proqramının məzunlarının buraxılış mərasimi

Mayın 20-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ilk Magistratura Proqramının (MADİA) məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir.
Dövlət və hökumət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev təhsil ocağının uğurlu tədris modelinin xaricdə də tanındığını, 61 xarici ölkədən akademiyada təhsil almaq üçün ərizələrin daxil olduğunu qeyd etmişdir.
Sonra MADİA proqramı üzrə təhsil alan Azərbaycan, Çexiya, Keniya, Rusiya, Pakistan və Meksikadan olan tələbələr hərbi orkestrin müşayiəti ilə öz dövlət bayraqlarını səhnəyə çıxarmışlar.
H.Paşayev qeyd etmişdir ki, bu gün diplomatiya və beynəlxalq münasibətlər sahəsində professional və vətənpərvər kadrların yetişdirilməsi, Azərbaycanda insan kapitalının inkişafında irəliyə daha bir uğurlu addım atılmışdır.
"Mən ADA-nın və onun Azərbaycan üçün əhəmiyyətini anlayan ölkə daxilində və xaricdə olan bütün həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm. Lakin bizim işimizə əsas dəstək Prezident İlham Əliyevdən gəlir. Bu gün şahid olduğumuz təhsil konsepsiyası onun məsləhət və dəstəyi olmadan baş tuta bilməzdi. Yaxın keçmişə nəzər salsaq, demək olar ki, ADA-nın inkişafı bütün ölkənin ümumi inkişafının, Azərbaycanın regional liderə transformasiyasının rəmzi göstəricisidir", - deyə H.Paşayev vurğulamışdır.
Mərasimdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirmişdir ki, ADA ümidləri tam doğruldur, yeni nəsil professional diplomatların yetişdirilməsində ciddi töhfə verir.
Mərasimdə ADA-nın birinci kurs tələbələrinin məzun yoldaşlarına həsr etdikləri sənədli film göstərilmişdir.
Sonda ADA-nın ilk magistrlarına rektor Hafiz Paşayev tərəfindən diplomlar təqdim olunmuşdur.
Qeyd edək ki, ADA-nın MADİA proqramı üzrə Azərbaycan ilə yanaşı, beş xarici ölkənin tələbələri də təhsil almışdır. Magistrlar ikiillik təhsil müddətində Azərbaycanın regionlarına, Gürcüstan, Çexiya, Norveç və Özbəkistana akademik səfərlər etmişlər. Eyni zamanda, tələbə mübadiləsi çərçivəsində iki tələbə Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzində kurslarda iştirak etmişlər. Tələbələr, həmçinin bir çox ictimai layihələrə də dəstək vermişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında