Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qars şəhərində Heydər Əliyev adına Sənaye Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etmişdir

Türkiyənin Qars şəhərində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan Sənaye Peşə Liseyinin təməlqoyma mərasimi keçirilmişdir. 
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etmişdir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edərək demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq, 36 sinif otağı, laboratoriya, kitabxana, idman salonu və istehsal müəssisəsi olacaq bu liseyin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin Qarsa və qardaş Türkiyəyə diqqətinin daha bir təzahürüdür.
Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyərək demişdir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bu liseyin inşa edilməsi haqqında əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin təklifini mənə çatdıranda bunu böyük məmnunluqla qarşıladım. Rövnəq Abdullayevin də dediyi kimi, sənaye-peşə təmayüllü bu liseydə kimya məhsulları istehsal edəcək bir müəssisə də fəaliyyət göstərəcəkdir. Son zamanlar həyata keçirilən layihələr - Bakı-Tbilisi-Qars dəmiryolu, Naxçıvan-İğdır dəmiryolu xətti Qarsın həyatında mühüm hadisə olmaqla bərabər, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini zirvəyə qaldıracaqdır. Böyük öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı sadəcə sözdə deyil, bu cür əməli işlərlə müşayiət olunduğu zaman bizim gələcəyimizi daha parlaq edəcəkdir.
Türkiyənin Baş naziri əlavə etmişdir ki, liseyin inşası bir il müddətində tamamlanacaqdır. Bundan sonra, Qars bələdiyyəsi ətrafdakı yol, park və abadlıq işlərini də yerinə yetirəcəkdir.
Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycan Prezidenti İlham Əliyevə, habelə ARDNŞ-in bütün kollektivinə təşəkkürünü bildirmiş, bir ildən sonra Heydər Əliyev adına Sənaye Peşə Liseyinin açılış mərasimində birlikdə iştirak etməyi arzuladığını demişdir.
Mərasimin sonunda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişafındakı böyük xidmətlərinə görə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana şirkətin qızıl medalını təqdim etmişdir.
Sonra Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Sənaye Peşə Liseyinin təməlini qoymuş, gilizi təmələ buraxmışdır.
Mərasimdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Türkiyənin dövlət naziri Cevdət Yılmaz və səhiyyə naziri Rəcəb Akdağ, Azərbaycan Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanov iştirak etmişlər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Qars


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında