Azərbaycan Diplomatik Akademiyası əfqanıstanlı mütəxəssislər üçün növbəti təlimlər keçirir

Azərbaycan Diplomatik Akademiyası (ADA) Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzi ilə birgə əfqanıstanlı mütəxəssislər üçün növbəti təlimlər keçirir.
İki həftə davam edəcək təlimlərdə "İkinci Bakı dövlət idarəçiliyi kursu: keçid dövrünün tənzimlənməsi" mövzusunda mühazirələr səslənəcəkdir.
ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirmişdir ki, mühazirələri Azərbaycan və Cenevrədən olan professor və müəllimlər, eləcə də ekspertlər oxuyacaqlar.
Mühazirələr Kabilin xarici siyasəti, siyasi birliyin əldə olunması, münaqişələrin təhlili, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin cəmiyyətdə yaratdığı problemlər və digər məsələləri əhatə edəcəkdir. Bundan əlavə, azad, müstəqil və siyasətdən kənar məhkəmə sisteminin və medianın qurulması, vətəndaş təhlükəsizliyinin təmin olunması, təhsilin inkişafı mövzuları araşdırılacaqdır.
Təlim iştirakçıları Qubaya və Qobustana da səfər edərək Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında