Heydər Əliyev Fondunun dəstəyi ilə Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli məktəbi üçün yeni bina istifadəyə verilmişdir

Mayın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli tam orta məktəbi üçün tikilmiş yeni bina istifadəyə verilmişdir.
Açılış mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Çiraqov ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü xatırlatmış, Azərbaycanın sürətli iqtisadi inkişafında, çiçəklənməsində ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini qeyd etmişdir.
Bildirilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı sayəsində ölkəmizdə yeni təhsil ocaqlarının istifadəyə verilməsi artıq ənənəyə çevrilmişdir.
Vurğulanmışdır ki, 170 şagirdin təhsil aldığı, 30 müəllimin çalışdığı 23 nömrəli tam orta məktəbin yerləşdiyi əvvəlki bina tədris üçün uyğunlaşdırılmış kiçik otaqlardan ibarət idi. Fondun dəstəyi ilə inşa olunmuş, ən müasir tələblərə cavab verən məktəb 240 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Məktəbdə 11 sinif otağı, o cümlədən kimya, fizika və başqa fənlər üzrə kabinetlər, kompyuter otağı, Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair kitablardan ibarət müasir kitabxana vardır.
Məktəbin foyesində yaradılmış stenddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolunu və zəngin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunur.
Bildirilmişdir ki, müasir istilik sistemi ilə təchiz olunmuş məktəbin həyətyanı sahəsində abadlıq işləri aparılmış, asfalt salınmış və mini futbol meydançası inşa edilmişdir.
Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev, Prezident Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov, məktəbin direktoru Mirsəyyaf Zamanov yeni məktəb binasının istifadəyə verilməsinin təhsilimizin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırmışlar.
Valideynlər Qaraçuxur qəsəbəsində bütün zəruri avadanlıqla təchiz edilmiş yeni məktəbin istifadəyə verilməsini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Kəlbəcər rayonunun məcburi köçkünlərinə göstərdiyi diqqət və qayğısının göstəricisi kimi qiymətləndirmiş, bu gözəl hədiyyəyə görə minnətdarlıqlarını bildirmişlər.
Yeni məktəb binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.
Azərbaycan Texniki Universitetinin professoru Sabir Quliyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Yusif Əhmədov şagirdlərə biologiya və riyaziyyat fənləri üzrə açıq dərs keçmişlər.
Sonda Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında