Lənkəran Dövlət Universitetində respublika elmi konfransı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Lənkəran Dövlət Universitetində "Azərbaycanın inkişaf strategiyası və aktual elmi problemlər" mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbir iştirakçıları konfransdan əvvəl universitetin "Heydər Əliyev muzeyi və idarəçilik məktəbi" ilə tanış olublar. Sonra konfransın keçirildiyi salonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, AMEA İqtisadiyyat İnstitutu, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkil etdikləri konfransı LDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq tədbir iştirakçılarını salamlayıb, konfransın məqsəd və vəzifələrini açıqlayıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev konfransın işinə uğurlar arzulayıb.
Sonra professor A.İsgəndərovun "Heydər Əliyev Azərbaycanın milli inkişaf strategiyasının banisidir" mövzusunda məruzəsi dinlənilib. Məruzədə elm və təhsil sahəsində qazanılan uğurların ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu, onun siyasi məktəbinin ən layiqli yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahənin inkişafına prioritet verildiyi vurğulanıb.
Tədbir daha sonra bölmələrdə davam etdirilib. "Heydər Əliyev - müstəqil Azərbaycan Respublikasının yaradıcısıdır", "Heydər Əliyev və Azərbaycan təhsili", "Azərbaycanda turizmin müasir vəziyyəti və inkişaf perspektivləri", "Azərbaycan - ABŞ münasibətlərinin inkişafında Heydər Əliyevin rolu", "Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmləndirilməsində Heydər Əliyevin formalaşdırıb həyata keçirdiyi xarici siyasət xətti" və s. mövzularda 140-dan çox məruzə dinlənilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan dövlətinin dünyaya tanıdılmasında əbədiyaşar liderin misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, ümummilli liderin daim qayğı göstərdiyi müasir Azərbaycan elmi və təhsili bu gün özünün zəngin mütərəqqi ənənələrinə, mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edib. Tədbir iştirakçıları milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirilməsində dövlət başçısı İlham Əliyevin yorulmaz fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə respublikanın müxtəlif ali məktəblərinin, cənub bölgəsi rayonların elm, təhsil müəssisələrinin və Lənkəran şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında