BDU-da Abay Kunanbayev adına Mərkəz fəaliyyətə başlamışdır

Mayın 13-də Bakı Dövlət Universitetində (BDU) müasir qazax yazılı ədəbiyyatının banisi, ictimai xadim Abay Kunanbayevin adını daşıyan Mərkəzin açılışı olmuşdur. 
Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə yaradılan mərkəzin açılışında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim qırmızı lenti kəsmiş, böyük qazax yazıçısı və şairinin büstü üzərindən ağ örtüyü götürmüşlər. Milli paltar geyinmiş azərbaycanlı və qazax qızlar şirniyyat paylamışlar. Qazaxların milli musiqi aləti domburun sədaları altında tədbir iştirakçıları və qonaqlar mərkəzlə tanış olmuşlar.
Tədbir BDU-nun Heydər Əliyev Məktəbində davam etmişdir.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Abay Mərkəzinin Azərbaycanın ilk ali təhsil ocağında açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə olduğunu bildirmişdir. Azərbaycan və qazax xalqlarının qardaşlığından danışan rektor onların eyni mədəniyyətə, tarixi köklərə malik olduqlarını vurğulamışdır. A.Məhərrəmov bildirmişdir ki, tarix boyu xalqlarımız arasında sıx əlaqələr olsa da, bu əlaqələrin inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilmişdir. Həmin siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstanın bu nüfuzlu ali məktəbi ilə əməkdaşlığın möhkəmləndiyini qeyd edən rektor Abay Kunanbayevin həyat və yaradıcılığı barədə də danışmışdır.
Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Minbay mənəvi lider saydıqları Abay Kunanbayevin adını daşıyan belə bir mərkəzin açılmasını əlamətdar hadisə adlandırmış, mərkəzin mədəni əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu ifadə etmişdir.
Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim Azərbaycan və qazax xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlığın möhkəmlənməsində nəinki Azərbaycanın, eləcə da bütün türk dünyasının lideri Heydər Əliyevin rolunu diqqətə çatdırmış, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini vurğulamışdır.
Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professor və müəllimlərindən ibarət nümayəndə heyəti səfər çərçivəsində BDU-nun filologiya, tarix, fizika, kimya, tətbiqi riyaziyyat fakültələrində görüşlər keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında