Bahar MURADOVA: "Tədris müəssisələrində hicaba qoyulan qadağaya ciddi şəkildə əməl edilməlidir"

APA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini B.Muradova bildirib ki, mitinq keçirmək, kütləvi şəkildə toplaşmaq, bu və ya digər məsələ ilə bağlı fikirlərini qanun çərçivəsində bildirmək hər bir azərbaycanlının hüququdur: "Bu cür mitinqlər qanun çərçivəsində reallaşdırılsa, bunu normal adlandırmaq olar. Hicabla bağlı keçirilən mitinqlərin məzmunu mənə aydın deyil".
B. Muradova qeyd edib ki, Azərbaycanda hicaba qadağa qoyan qanun və ya sərəncam yoxdur: "Hicab taxmaq hər bir vətəndaşın öz hüquqdur. O ki, qaldı tədris müəssisələrində məktəbli formalarının tətbiqinə, bu isə başqa söhbətdir. Düşünürəm ki, tədris müəssisələrində hicaba qoyulan bu qadağaya ciddi şəkildə əməl edilməlidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında