"Bu il Azərbaycanda orta məktəblərə müəllimlər təyinatla göndərilməyəcək"

"Bu il Azərbaycanda orta məktəblərə müəllimlər təyinatla göndərilməyəcək". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi bu il həmin sahədə yeniliklər edəcək. Nazir M. Mərdanov deyib ki, bütün vakant müəllim yerləri barədə Azərbaycan cəmiyyətinə və ali məktəb məzunlarına məlumat veriləcək. Onlar elektron ərizə verməklə, nazirliyin keçirdiyi imtahanlarda iştirak edəcəklər. Müvafiq bal toplayanlar məktəblərə göndəriləcək. Hazırda Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin sayının kifayət qədər olduğunu deyən nazir vurğulayıb ki, əsas məqsəd orta məktəblərdə yalnız bilikli məzunların işə qəbulunu təmin etməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında