Alman təhsil sistemi işçiləri ilə Səbail rayonunun 7 saylı məktəbində görüş olmuşdur

Azərbaycan təhsil sistemində aparılan davamlı islahatlar öz bəhrəsini verməkdədir. Bu gün milli təhsilimiz Avropa təhsilinə inteqrasiya yolunu tutub və bu sahədə çox əhəmiyyətli nəticələr qazanılıb. Xüsusilə, orta ümumtəhsil müəssisələrinin Avropanın qabaqcıl ölkələrinin təhsil müəssisələri ilə birbaşa əlaqələr yaratması olduqca sevindirici haldır.
Bakının Səbail rayonunun 7 nömrəli məktəbi artıq neçə illərdir ki, dünyanın 61 ölkəsinin innovativ məktəbləri ilə sıx əlaqələr yaradıb. Bu əlaqələr məktəbdə keçilən dərslərin müasir dünya standartlarına uyğun təşkil edilməsinə imkan yaradır. Məktəbin müəllimləri dəfələrlə dünyanın böyük ölkələrinin məktəblərində olmuş, həmin məktəblərdən nümayəndələr isə bu məktəbdə təcrübə mübadiləsi aparmışlar. Bu dəfə isə məktəbin qonaqları Almaniya Federativ Respublikasının Berlin şəhərindəndir. MUTRA cəmiyyətinin üzvləri olan xanımlar Mariya Burd, Larisa Zavadski və cəmiyyətə aid olan Berlindəki Lomonosov adına orta məktəbin rəhbəri Aleksandr Ott artıq neçə gündür ki, bu məktəbdə qonaqdırlar.
7 saylı məktəbdə təşkil olunmuş təqdimat mərasimində MUTRA cəmiyyətinin fəaliyyətindən və bu cəmiyyətin məktəblərində təhsilin təşkilindən danışıldı.
MUTRA-nın yaranması, onun fəaliyyət istiqamətlərindən danışan xanım Marina Burd Almaniya təhsil sistemi barədə məlumat verdi. O bildirdi ki, Almaniyada da dövlət və özəl məktəblər var və burada özəl məktəblərə də dövlət vəsait ayırır. Onun sözlərinə görə, Almaniya federal torpaqlardan ibarətdir və hər torpaqda təhsilin təşkilinin öz qanunları var. Yəni, bütövlükdə təhsil ölkə Konstitusiyasına uyğun təşkil edilsə də, yerlərdə hər federal torpağın da özünə müvafiq təhsil qanunu fəaliyyət göstərir. Burada dövlət və ya özəl məktəbləri bitirənlər eyni səlahiyyətə malik diplom alırlar.
Sonra Lomonosov adına orta məktəbin rəhbəri Aleksandr Ott təqdimat məruzəsi ilə çıxış etdi. O, burada təhsilin təşkili, metodiki xüsusiyyətləri barədə məlumat verdi.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək belə əlaqələrin olduqca faydalı nəticələr verəcəyini bildirdi. O, son illər Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq yarandığını, bunun hər iki ölkə üçün faydalı olduğunu bildirdi.
7 saylı məktəbin direktoru Gülnaz Mehdizadə isə bizimlə söhbətində bildirdi ki, Təhsil Nazirliyi ilə "Mikrosoft" şirkəti arasında "Təhsildə əməkdaşlıq" proqramı çərçivəsində 2006-2009-cu illəri əhatə edən memorandumun vaxtı qurtardığından 2010-2013-cü illəri əhatə edən yeni proqram qəbul olunmuşdur. Bizim məktəb "İnnovativ məktəb" proqramı üzrə Braziliyanın Salvador şəhərində keçirilən müsabiqədə birinci yerə layiq görülmüşdür. Eyni zamanda, bu proqram çərçivəsində Londonda da uğurlarımız olub. Belə ki, proqram çərçivəsində biz Almaniyada rus dilli məktəblərin təşkilatçısı olan MUTRA cəmiyyətinin əməkdaşlarını Azərbaycana dəvət etmişik. Onları Azərbaycanın təhsil sistemi ilə, məktəblərimizlə, eyni zamanda, Bakının tarixi və mədəniyyət abidələri ilə tanış etmişik.
Bugünkü tədbirdə isə gördüyünüz kimi onlar bizə öz təhsil sistemləri, cəmiyyətləri nəzdindəki məktəblər barədə məlumat verdilər.
Qeyd edək ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Firudin Həmzəyev, Təhsil Nazirliyinin nümayəndəsi Ayaz Abışov və müəllimlər iştirak edirdilər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında