Kimyaçı alimlərin tədqiqatları müasir elmi problemlərin həllinə yönəldilmişdir

BMT-nin tövsiyəsi ilə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İUPAC) 2011-ci ili "Beynəlxalq Kimya İli" elan etmişdir. 
Azərbaycanda kimya elmi sahəsində mühüm nəzəri və təcrübi əhəmiyyətli araşdırmaları ilə tanınan tədqiqat mərkəzlərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutudur. Bu il institut kollektivinin qarşıya qoyduğu və həll etməyə çalışdığı problemlər, aparılan tədqiqatların istiqamətləri və onların əhəmiyyəti barədə nə demək olar?
İnstitutun direktoru, akademik Musa Rüstəmov bu suala cavab olaraq demişdir:
-Bilirsiniz ki, iqtisadi inkişafı intensivləşdirməyin ən mühüm mənbələrindən biri mövcud enerji resurslarıdır. Bir-biri ilə sıx əlaqədə olan yanacaq-enerji kompleksi, neftayırma, neft-kimya və qaz sənayesi ölkəmizin iqtisadiyyatında mühüm yer tutur. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Neftayırma, neft-kimya və qaz sənayesini inkişaf etdirməyin konseptual elmi əsaslarını hazırlamaq bizim başlıca vəzifəmizdir.
Əsas tədqiqatlarımızı prioritet sahələrə yünəltmişik. Məqsədimiz neftin emalını təkmilləşdirmək, daha mükəmməl texnologiyalar işləyib hazırlamaqla mövcud xammal ehtiyatlarından yeni materiallar almaq, əvvəlki kooperasiya əlaqələrinin pozulduğu indiki şəraitdə ölkəmizi xarici asılılıqdan qurtarmaq və beləliklə, dövlət müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir.
Kimyazı alimlərimizin diqqətəlayiq, səmərəli axtarışları buna imkan verir. Tam inamla deyə bilərəm ki, neft-kimya elminin inkişafı sahəsində yeni tədqiqatlar artıq bizi dünya miqyasında qabaqcıl mövqelərə çıxarmaq ərəfəsindədir. Mən bu tədqiqatlardan bir neçəsini açıqlaya bilərəm. İon mayelərin, nanomateriallar və kompozitlərin alınmasına, katalizin müasir istiqamətlərinin müəyyən edilməsinə, bioloji parçalanması mümkün olan perspektivli polimer materialların istehsalı texnologiyasının işlənib hazırlanmasına, qlobal istiləşməyə səbəb olan qazların atmosferə tullanmasının qarşısının alınmasına yönəldilən mühüm elmi və təcrübi əhəmiyyəti olan problemlər üzərində işləri davam etdiririk. Bunlarla yanaşı, ekologiyanın qorunmasına, süni fotosintezin perspektiv istiqamətlərinin müəyyən edilməsinə, hidrogen energetikasının tədqiq olunmasına, biokimyəvi zevrilmələr əsasında gələcək kimya istehsal sahələrinin yaradılmasına, alternativ enerji mənbələri və bioyanacaqlar sahəsindəki axtarışlara da üstünlük veririk.
Bir sözlə, kimyaçı alimlərimizin tədqiqatları çoxşaxəlidir və bunların müsbət nəticələr verəcəyinə şübhə etmirik. İndiyədək əldə etdiyimiz nailiyyətlər, inkişaf etmiş bir sıra ölkələrlə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Danimarka, Rusiya ilə, habelə beynəlxalq elmi təşkilatlarla səmərəli əməkdaşlığımız, aldığımız çoxsaylı qrant və mükafatlar bunu bir daha təsdiq edir. Son illər institutumuz "Elm Sülh Naminə" NATO Proqramı çərçivəsində elmi-tədqiqatlar aparılmasında da iştirak edir.
Ölkəmizdə elmin inkişafına dövlət qayğısı göz qabağındadır. Bu diqqət və qayğıya real və konkret işlərlə cavab vermək bizim borcumuzdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında