Bakının Nərimanov rayonundakı 47 nömrəli orta məktəbdə Heydər Əliyev muzeyi açılmışdır

Mayın 1-də Nərimanov rayonundakı 47 nömrəli orta məktəbdə Heydər Əliyev muzeyi açılmışdır.
Muzeydə ulu öndərin uşaqlıq və gənclik illərini, ümummilli liderin məktəblilərə qayğısını əks etdirən fotolar, dahi şəxsiyyət haqqında kitablar toplanmışdır.
Açılış mərasimində Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmişlər.
Muzeyin açılışını bildirən lenti Milli Məclisin deputatı Adil Əliyev kəsmişdir.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin aşağı sinif şagirdləri ümummilli lider haqqında şeirlər oxumuşlar.
Adil Əliyev bir sıra məktəblərdə açılan bu cür muzeylərin ulu öndərin xatirəsinə layiqli töhfə olduğunu bildirmişdir. Vurğulamışdır ki, uşaqlara, gənclərə daim diqqətlə yanaşan ulu öndərin həyat və fəaliyyəti gənc nəsil üçün örnəkdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elmira Axundova, Rəfael Cəbrayılov, Nizami Cəfərov ulu öndərin həyatının hər bir gənc üçün nümunə ola biləcəyini söyləmiş, ümummilli liderin irsinin öyrənilməsində belə muzeylərin böyük əhəmiyyətini vurğulamışlar. Ulu öndərin zəngin dövlətçilik təcrübəsinin gənclərə aşılanması, Heydər Əliyev şəxsiyyətinin xatirələrdə daim yaşaması üçün bu cür tədbirlərin tərbiyəvi əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Elmira Axundova muzeyə ümummilli lider Heydər Əliyevə həsr etdiyi kitablarını hədiyyə etmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında