Rusiyalı alim Sergey Karpova Azərbaycan MEA və Tarix İnstitutunun fəxri adları verilmişdir

Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində rusiyalı tarixçi alim Sergey Karpova Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafı və Azərbaycan üçün yüksək səviyyəli tarixçi alimlərin yetişdirilməsindəki fəaliyyətinə görə AMEA-nın fəxri professoru və Akademiyanın Tarix İnstitutunun fəxri doktoru adları verilmişdir. 
Bu münasibətlə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov S.Karpovu dünya şöhrətli alim kimi dəyərləndirərək bildirmişdir ki, o, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı və Azərbaycanın böyük dostudur.
M.Kərimov rusiyalı alimin elmi xidmətlərindən danışaraq, onun əsasən Qara dəniz regionu dövlətlərinin orta əsrlərdəki tarixinə dair çox sanballı araşdırmalar apardığını, bir çox beynəlxalq təşkilatların, elmlər akademiyalarının həqiqi və fəxri üzvü, bir sıra elmi cəmiyyətlərin üzvü olduğunu, həm Rusiya, həm də digər dövlətlər tərəfindən müxtəlif mükafatlara layiq görüldüyünü söyləmişdir.
400-dən çox mühüm elmi əsərin müəllifi olan Sergey Karpovun Azərbaycan üçün tarixçi kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Həmin kadrlar indi Azərbaycanda tarix elminin inkişafına layiqli töhfələr verir, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar.
Akademiyanın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Sergey Karpovun Azərbaycan tarixinin araşdırılmasındakı böyük xidmətlərindən danışmış və xüsusi vurğulamışdır ki, tarix elminin bir çox prinsipial məsələlərində o, bizimlə olmuşdur. Y.Mahmudov demişdir ki, S.Karpovun Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin Azərbaycan dövlətləri olmasını sübuta yetirilməsində və qəbul edilməsində müstəsna rolu vardır.
Sergey Karpov Azərbaycanın zəngin tarixə malik olduğunu, Ağqoyunlular və Səfəvilər dövlətlərinin Avropa ilə Asiya arasında münasibətlərin qurulmasında böyük rol oynadığını demişdir. O, azərbaycanlı həmkarlarını daha da sıx əməkdaşlıq, tələbə və alimlərin mübadiləsi praktikasını bərpa etməyə çağırmış, hətta rusiyalı alimlərin Azərbaycana gəlib burada öyrənəcəkləri şeylərin çox olduğunu da bəyan etmişdir.
Rusiyalı alimə AMEA-nın fəxri professoru və Tarix İnstitutunun fəxri doktoru diplomları və hədiyyələr təqdim olunmuşdur. Alim onun əməyinə verilən qiymətə görə minnətdarlığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında