Akademik Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" kitabının ictimai müzakirəsi keçirilmişdir

Aprelin 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" kitabının ictimai müzakirəsi olmuşdur.
"İnkişafın Azərbaycan modeli: sosial inkişaf və güclü iqtisadiyyat kontekstində" mövzusunda müzakirələr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən "QHT və medianın iştirakı ilə sosial məsələlərə dair ictimai debatların təşkili" layihəsi çərçivəsində keçirilmişdir.
BMAM-ın sədri Rufiz Qonaqov "İnkişafın Azərbaycan modeli" kitabı haqqında ətraflı məlumat verərək bildirmişdir ki, ideya və ön sözün müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan nəşrin redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.
Kitabın məziyyətlərindən danışan R.Qonaqov qeyd etmişdir ki, silsilə məqalələr toplusundan ibarət bu nəşr iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir. Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. Qısa vaxtda cəmiyyətdə maraq doğuran kitabda qloballaşan dünyada böyük əhəmiyyət daşıyan enerji, ərzaq, nəqliyyat təhlükəsizliyi məsələlərinə xüsusi yer verilmiş, keçid iqtisadiyyatı dövründə ölkəmizin əldə etdiyi uğurlar əksini tapmışdır.
"İnkişafın Azərbaycan modeli" kitabı təkcə ölkədəki sosial-iqtisadi vəziyyətin təhlilini deyil, onun gerçək səbəblərini və doğurduğu nəticələri də özündə ehtiva edir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft-qaz siyasəti ilə başlanan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi inkişaf dünyada analoqu olmayan bir modeldir. Akademik Ramiz Mehdiyev bu iqtisadi modelin fəlsəfəsini ustalıqla açmışdır.
Milli Məclisin deputatları Gülər Əhmədova, Yevda Abramov, Fazil Mustafayev, Çingiz Qənizadə, Milli QHT Forumunun sədri Rauf Zeyni bildirmişlər ki, "İnkişafın Azərbaycan modeli" kitabında ölkədə həyata keçirilən sosialyönümlü siyasətin mahiyyəti dolğun və hərtərəfli şəkildə açılır. Kitabda bir çox fundamental məsələlərlə yanaşı, ölkədə elmi əsaslarla gerçəkləşdirilən sosial-iqtisadi islahatlara da geniş yer verilmiş, bu sahədə əldə olunan uğurlardan söz açılmışdır.
Vurğulanmışdır ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və qurulan model keçid dövrü ölkələri üçün bir nümunə kimi tövsiyə olunur. Əldə olunan nəticələr digər ölkələrlə müqayisədə məhz Azərbaycan modelinin dayanıqlığını ortaya qoyur.
Tədbirdə akademik Ramiz Mehdiyevin kitabı yüksək qiymətləndirilmiş, nəşrin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında