Azərbaycanda beynəlxalq məktəbli yarışması başa çatdı

Xəbər verdiyimiz kimi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən "İnepo-Avrasiya" Əftaf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası Bakı Əl Oyunları Sarayında başa çatmışdır. İki gün ərzində salonda qurulmuş ekspozisiyalarda dünyanın 35 ölkəsindən gəlmiş 300-dək məktəblinin yekun tura daxil olmuş layihəsi sərgilənmiş, seyrçilərə şagird zəkasının və istəyinin məhsulu olan ideya və təkliflər təqdim olunmuşdur.
Sonda yarışmaya dəstək vermiş qurumların rəhbərliyinin, ictimaiyyət və media təmsilçilərinin iştirakı ilə beynəlxalq məktəbli olimpiadasına təntənəli yekun vuruldu, qaliblərə qızıl, gümüş və bürünc medallar təqdim olundu. Təşkilat Komitəsinin sədri, "Çağ" Şirkəti Azərbaycan - Türkiyə Özəl Liseyləri İdarəsinin rəisi Arif Gömləksiz yarışmanın məramı, gedişi və nəticələri barədə məlumat verdi.
Müxtəlif nominasiyalar üzrə qalib məktəblilərə medalları təşkilat komitəsinin üzvləri millət vəkilləri Qənirə Paşayeva, Fəzail Ağamalı, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, ARDNŞ-in vitse-prezidenti Lətifə Hüseynzadə, İctimai Teleradio Yayımları Şirkəti baş direktorunun müavini Elman Qədirli, "Çağ" şirkətinin prezidenti Ənvər Özərən təqdim etdilər.
Təhsil naziri Misir Mərdanov qalibləri təbrik etdi, Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarını təmin etdiklərinə və ölkəmizdə ilk beynəlxalq şagird olimpiadası olan "İnepo-Avrasiya"nı beşinci dəfə yüksək səviyyədə keçirdiyinə görə "Çağ" Öyrətim Şirkətinin kollektivinə təşəkkürünü bildirdi. Nazir yarışma günlərində şirkətin olimpiada və sərgi iştirakçılarına əkilmək üçün şam ağacı fidanları hədiyyə etməsini, 300 min ağac basdırılmasına start verməsini ekoloji siyasəti dövlət prioriteti elan etmiş Azərbaycan rəhəbərliyinin çağırışının dəstəklənməsi kimi dəyərləndirdi.
Millət vəkili Yevda Abramov olimpiadada ölkə məktəblilərinin fəal iştirakını və layiqli qələbə qazanmasını vurğuladı, daimi fəaliyyət göstərən "İnepo-Avrasiya" qurumuna yeni uğurlar arzuladı.
Təşkilat Komitəsinin sədri Arif Gömləksiz olimpiadanın məqsəd və yekunlarını qəzetimiz üçün qısa müsahibəsində belə şərh etdi:
- Məqəsədimiz artıq çoxdan qloballaşmış ekoloji problemə Azərbaycanın təşəbbüsü ilə dünyanın sabahkı sahiblərinin diqqətini cəlb etmək, onları indidən bu bəşəri fəlakətə qarşı mübarizəyə qoşmaqdır. Hədəfin düzgün seçildiyi ildən-ilə təsdiqlənir. İlk yarışmaya 17 ölkənin məktəbliləri layihə təqdim etmişdisə, 5 ildə bu bu rəqəm 2 dəfə artaraq 35-ə çatmışdır. Ötən illərdə Azərbaycan məktəblilərinin də fəallığı artmışdır, artıq bölgələrin və məktəblərin çevrəsi genişlənmişdir. Bu il qaliblərə verilən 9 qızıl medalın 5-ni ölkə şagirdləri qazanmışlar. Layihələrin əhatə dairəsi və elmi-təcrübi dəyəri də ildən-ilə artır.
Hamilərimizin köməyi ilə dünyanın müxtəlif materiklərindən gəlmiş uşaqlar sərgi günlərində Azərbaycanın milli-mənəvi dəyərləri, uğurları, Qarabağ münaqişəsinin həqiqətləri ilə daha yaxından tanış oldular. Biz "İnepo-Avrasiya"nın builki tədbirlərinə ötən ilki olimpiada bitən gündən hazırlaşmışdıq və növbəti yarışmaya da bu gündən start veririk. Şirkətimiz Azərbaycanda təhsilin inkişafına və onun beynəlxalq miqyasda uğurlar qazanmasına bundan sonra da bacardığı qədər kömək edəcək.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında