FIBAA-nın rəsmi saytında ADNSU-nun 5 ixtisasının akkreditasiya olunmasına dair məlumat yerləşdirilib

2017-ci ilin oktyabr ayında Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan FIBAA (Foundation for International Business Administration Accreditation) Azərbaycanda ilk dəfə olaraq ixtisasların akkreditasiyasını həyata keçirib. FIBAA-nın layihə meneceri Vera Kassler Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu prosedura şəxsən özü rəhbərlik edib.

ADNSU 1920-ci ildə yaranıb. Burada bakalavriat, magistratura, eləcə də doktorantura pillələri üzrə tədris aparılır. Universitet neftin hasil olunduğu və əhəmiyyətli neft limanının olduğu Bakı şəhərində yerləşir.

Hazırda bu dövlət universitetində 9.000 tələbə təhsil alır, 1.000 nəfər əməkdaş isə tədqiqat, tədris və inzibati işlərə cəlb olunub. Ümumilikdə universiteti yeddi fakültə üzrə təxminən 140.000 tələbə bitirib.

Azərbaycan iqtisadiyyatı neft və qaz sənayesinə əsaslanır. Buna görə də ADNSU-nun təqdim etdiyi bir çox ixtisas məhz sənayenin ehtiyaclarına xidmətə əsaslanır. FIBAA ümumilikdə beş ixtisası təhlil edib. Bu ixtisaslardan bəziləri digər universitetlərlə əməkdaşlıq əsasında hazırlanıb. Universitetin əlaqədər şəxsləri təkcə nəzakətli deyil, həm də çalışırdılar ki, ekspertlərdə universitet və ixtisaslar barədə müsbət təəssürat yaransın. Bu da öz növbəsində çox xoş və məhsuldar ab-hava yaratmışdı.

ADNSU-da ezamiyyətdə olduqları müddətdə ekspertlər tələbələrin ingilis dili səviyyəsindən də olduqca razı qalıblar. Yaxşı ingilis dili biliyi gələcək məzunlar üçün mühüm əhəmiyyət kəsb edir. Ekspertlər əmin idilər ki, tələbələr Azərbaycanda və ya ölkə xaricində gələcək karyeralarını qurmaq üçün burada təhsilllərini uğurla başa vurmaq istəyirlər. Universitet ekspertlərini və FIBAA-nın layihə menecerini Azərbaycanın mədəniyyəti ilə də tanış etmiş və çox yaxşı təəssürat bağışlamışlar.

                                                                                      Afət Sadıqoğlu,

                                                                                      “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında