Ali məktəblər üçün “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi çapdan çıxıb

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Faiq Əliyevin ali məktəblər üçün “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” adlı dərs vəsaiti çapdan çıxıb.

Nəşrin elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professorlar Kamandar Şərifli  və Əsgər Rəsulovdur.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, ali məktəblərin bakalavr və magistr pillələri üçün nəzərdə tutulan dərslik Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən XVIII əsrə qədərki mərhələlərini əhatə edir. Nəşrdə qeyd olunan dövrlərdə ədəbiyyatımızın əsas inkişaf istiqamətləri, forma və məzmun xüsusiyyətlərinə nəzər salınıb, VII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının ən mühüm nümunələri və görkəmli nümayəndələri barədə müfəssəl məlumat verilib.

Dərsliyə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Sözün tarixi - millətin tarixi” adlı müqəddimə yazıb.

Kitabdan ali məkktəb müəllimləri, doktorantlar və filoloq-mütəxəssislər  istifadə edə bilərlər.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında