Həştərxan Dövlət Universitetinin nümayəndələri Bakı Slavyan Universitetində olublar

Rusiya Federasiyası Həştərxan Dövlət Univer­sitetinin prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya, bu ali məktəbin Avrasiya və Şərq Departamentinin direktoru, siyasi elmlər doktoru, professor Rafik Usmanov Bakı Slavyan Universitetində olublar.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qonaqlara universitetin tarixi, keçdiyi inkişaf yolu, indiki fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, BSU-nun Rusiyanın br çox universitetləri ilə sıx əlaqələri olduğunu, universitetdə Moskva və Sankt-Peterburq Tədris-Mədəniyyət mərkəzlərinin yaradıldığını bildirib. Rusiya Federasiyasının Prezidenti V.V.Putinin BSU-nun fəxri professoru olduğunu vurğulayan prorektor rus dilinin və rus ədəbiyyatının Azərbaycanda bu gün də xüsusi həvəslə öyrənildiyini və Bakı Slavyan Universitetinin bu işdə baza rolu oynadığını bildirib.

Həştərxan Dövlət Universitetinin birinci prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya Həştərxan vilayətinin, o cümlədən Həştərxan Dövlət Universitetinin həmişə Azərbaycanla sıx əlaqələr saxladığını qeyd edib. E.Polyanskaya hazırda universitetdə 200-ə qədər azərbaycanlı tələbənin təhsil aldığını da diqqətə çatdırıb. Bundan əlavə o, HDU-nun Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq etdiyini, bir çox  layihələrə birgə imza atdıqlarını, universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi də yaradılacağını qeyd edib.

Görüşdə gələcək əməkdaşlığın vacib istiqamətləri də müzakirə edilib.

Qonaqlar Rusiya Tədris-Mədəniyyət Mərkəzin, Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Heydər Əliyev Tədris Mərkəzi və BSU-nun muzeyi ilə tanış olublar.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında