ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib

 İyulun 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb. Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə jurnalistləri təbrik edən rektor, professor M.Babanlı öz peşəsini şərəfilə yerinə yetirən media nümayəndələrini ADNSU-da görməkdən çox şad olduğunu bildirib.

 KİV nümayəndələrinə universitetdə həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verən M.Babanlı ADNSU-da görülən işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. ADNSU-da yaradılan şəffaf mühit barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman universitetə dəstək olduğunu vurğulayıb.    

 Tədbirdə iştirak edən media mənsubları da öz növbəsində rektor M.Babanlıya Milli Mətbuat günü münasibətilə təşkil olunmuş görüşə görə təşəkkürlərini bildiriblər. KİV nümayəndələri ADNSU-da aparılan islahatlar sayəsində universitetin cəmiyyətdə olduqca müsbət imicinin formalaşdırıldığını qeyd ediblər. Media mənsubları ali məktəbin fəaliyyəti barədə informasiyanın cəmiyyətə çatdırılması işində bundan sonra da yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

 Tədbirin sonunda KİV nümayəndələrinə Milli Mətbuat günü münasibətilə hazırlanmış hədiyyələr təqdim olunub.

Afət Sadıqoğlu,

 “Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında