“Rafiq Yunis-Əli oğlu Qasımov” adlı biblioqrafiya nəşr olunub

science.gov.az -dan verilən xəbərə görə  AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Elmi Kitabxana tərəfindən “Rafiq Yunis-Əli oğlu Qasımov” adlı biblioqrafiya nəşr olunub.

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından olan biblioqrafiya AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 1954-2017-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir.

Kitaba alimin həmin illərdə dövri mәtbuatda Azərbaycan və rus dillərində çap olunmuş məqalələri, monoqrafiyaları, elmi rəhbəri olduğu dissertasiyalar, həmçinin R.Qasımovun həyatı, elmi-təşkilatı və ictimai fəaliyyəti, balıqçılıq təsərrüfatları üçün hazırladığı tövsiyyələr və onların tətbiqi haqqında materiallar daxil edilib.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan biblioqrafik göstәricidә әdәbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildә isә әlifba sırası gözlәnilib.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında