Bakı Forumu çərçivəsində Beynəlxalq Konfransın "Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair" mövzusunda "dəyirmi masa"sı keçirilmişdir

Aprelin 8-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq Konfransın "Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair" mövzusunda "dəyirmi masa"sı keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə tədbiri açaraq "dəyirmi masa"da müzakirə olunacaq əsas mövzular haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, tədbirin əsas məqsədi yalnız sərvət, ideal və standartlar çərçivəsində qala bilməyən mədəniyyət və təhsildə baş verən dəyişiklikləri, müasir dünyanın dialoq fəlsəfəsinin yeni dərkini tələb edən problemlərini müzakirə etməkdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Əli Abbasovun "İdrakın üç mənbəyi və üç tərkib hissəsi: monoloq, dialoq, polialoq" mövzusunda məruzəsi dinlənilmişdir. Vurğulanmışdır ki, müasir dünyada mədəniyyət anlayışı daha geniş məna kəsb edərək özündə önəmli məfhumları əks etdirir. Bu baxımdan mədəniyyətlərarası əlaqələrin əhəmiyyəti getdikcə artır.
Türkiyənin Akdeniz Universitetinin fəlsəfə kafedrasının professoru İsmayıl Yakıt "Milli mədəniyyətin təhsildə yeri və əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış etmiş, mədəniyyət və sivilizasiya anlayışları, onların əsas mahiyyəti və millətlərarası münasibətlərdə rolu haqqında fikirlərini bölüşmüşdür.
Rusiya Elmlər Akademiyasının (REA) İslam dünyası fəlsəfəsi sektorunun müdiri Andrey Smirnovun "Qeyri-Qərb fəlsəfəsi mümkündürmü", REA-nın sosial fəlsəfə sektorunun müdiri Valentina Fedotovanın "Mədəniyyət və sivilizasiyalar dialoqu qloballaşma dövrünün sosial innovasiyası kimi" mövzularda məruzələri dinlənilmişdir.
Bunlardan əlavə, konfransda dəyişmiş mədəni kontekst şəraitində dialoqun yeni dərki, gender mədəniyyəti, postsovet məkanında milli şüurun müasirləşdirilməsi problemləri, tolerantlıq, mədəniyyətlərin müxtəlifliyi, qloballaşma əsrində fəlsəfə, təhsil və mədəniyyət arasında əlaqələrə yanaşma və digər mövzularla bağlı məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında