“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi

BDU –nun Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə “NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin rəsmi internet səhifəsi  (http://physics.bsu.edu.az) “Elm və təhsil” nominasiyasi üzrə ilk onluqda yer alıb.

NETTY Mükafatının qalibləri xüsusi yaradılan Ekspertlər Şurası tərəfindən seçilir. Bu il təsis olunmuş Ekspertlər Şurasının 1000-dən yuxarı üzvü olub. 15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi həyata keçirilib. Ekspert Şurası və Virtual münsiflər heyəti  hər nominasiyada 10 nominant və onlardan da  ilk üç nominantı seçərək mukafatlandırıb.

Azərbaycan milli internet mükafatı olan NETTY 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında