Gəray Gəraybəyli: Universitetdə şəffaflığın artırılması əsas məqsədimizdir

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) 2017--2018-ci tədris ilinin yekunları ilə bağlı hesabat yığıncağında təşkilatın sədri Tural Əzizov qurumun fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi”nə əsasən, 2006-cı ildə Azərbaycan Tibb Universitetində də Tələbə Gənclər Təşkilatı yaradılıb və fəaliyyətə başlayıb. TGT-lərin fəaliyyəti maliyyə dəstəyi və büdcəsi olmadan, könüllülük prinsiplərinə əsaslanır. TGT-nin yaradılması ilə Azərbaycan Tibb Universitetinin tələbələri ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə başlayıblar.

T.Əzizov qeyd edib ki, qurumu hər tədris ili üçün 10-a yaxın layihənin birbaşa təşkilatçısı və eyni zamanda, ölkədə keçirilən gənclərlə bağlı onlarca tədbirin iştirakçısı olub. Sentyabrın 15-də ATU TGT “Açıq qapı” günü təşkil edib və universitetə yeni qəbul olunan tələbələrə tədris binalarında hansı dərslərin keçirildiyi barədə məlumat verilib. Bundan başqa, tədris ili ərzində müxtəlif konfrans və sərgilər, intellektual oyunlar keçirilib, tələbələr üçün səyahət turları təşkil edilib, bir sıra maraqlı layihələr reallaşıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirdi ki, tələbələrin yüksək təhsil almaları və eləcə də, boş vaxtlarını mənalı keçirmələri üçün bir sıra yeni islahatlar həyata keçirilib: “Universitet kitabxanasının iş saatı axşam 22:00-dək uzadılıb, yataqxana təmir olunub və s. Bütün bunlar tələbələrin rahatlığı üçündür. Amma tələbələr də istər elm, istər təhsil, istərsə də asudə vaxtın təşkili, görüşlərin, konsertlərin keçirilməsi və digər məsələlərdə daha fəal olmalı, universitet həyatına laqeyd qalmamalıdırlar”.

Rektor bu il ATU-nun tədris proqramında aparılan ciddi dəyişikliklərdən də söz açdı, tələbələrin şikayəti nəzərə alınaraq, bəzi kafedraların ixtisar olunduğunu xatırlatdı: “Birinci addım elektron jurnal, ikinci addım kurasiyaların ləğvi oldu. Bütün bunlar universitetdə şəffaflığın artırılması üçündür”. O, həmçinin qeyd etdi ki, tələbələrin yay istirahətlərini səmərələri keçirmələri üçün lazımi işlər görülüb. Bu il ilk dəfə olaraq ATU-nun “Çinar” rəqs, “Şəfa” xalq çalğı alətləri ansamblları və voleybol komandasının üzvləri universitetin “Təbib” istirahət düşərgəsində bir həftəlik pulsuz istirahət edəcək.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov tələbələri təbrik etdi və dedi ki, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər və Həmkarlar İttifaqı təşkilatlarını fəal görmək istəyirəm. Çünki siz bizim gələcəyimizsiniz.

ATU TGT sədrinin müavini Rauf Vəliyev göstərilən köməyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi. Sonda 2017--2018-ci tədris ilində universitetin ictimai-siyasi həyatında fəal olan tələbələr mükafatlandırıldılar.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında