ATU-nun Tələbə Gənclər Təşkilatının illik hesabatı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) 2017--2018-ci tədris ili üçün keçirilən hesabat tədbirində təşkilatın sədri Tural Əzizov qurumun fəaliyyəti haqqında geniş məlumat verdi: “2005-ci ilin may ayında Azərbaycan Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi”ni təsdiq ediblər. Buna əsasən, 2006-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatı yaradılıb və fəaliyyətə başlayıb”.

T. Əzizov qeyd etdi ki, TGT-lərin fəaliyyəti maliyyə dəstəyi və büdcəsi olmadan, könüllülük prinsiplərinə əsaslanır. ATU TGT-nin yaradılması ilə Azərbaycan Tibb Universitetinin tələbələri ölkənin ictimai-siyasi həyatında mühüm rola sahib olmağa başlayıb.

Qeyd edək ki, 2014--2018-ci illər ərzində Tural Əzizov ATU TGT-nin strukturu və idarə heyəti formalaşdırılaraq, fəaliyyətə başlayıb. O, hər tədris ili üçün 10-a yaxın layihənin birbaşa olaraq təşkilatçısı və eyni zamanda, ölkədə keçirilən gənclərlə bağlı onlarla tədbirin iştirakçısı olub. Onun sözlərinə görə, sentyabrın 15-də ATU TGT “Açıq qapı” günü təşkil edib və universitetə yeni qəbul olunan tələbələrə tədris binalarında hansı dərslərin keçirildiyi barədə məlumat verilib. Bundan başqa, tədris ili ərzində müxtəlif konfrans və sərgilər, intellektual oyunlar keçirilib, tələbələr üçün səyahət turları təşkil edilib, bir sıra maraqlı layihələr həyata keçirilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirdi ki, tələbələrin yüksək təhsil almaları və eləcə də, boş vaxtlarını asudə keçirmələri üçün bir sıra yeni islahatlar həyata keçirilib: “Universitet kitabxanasının iş saatı axşam 22:00-dək uzadılıb, yataqxana təmir olunub və s. Bütün bunlar tələbələrin rahatlığı üçündür. Amma tələbələr də istər elm, istər təhsil, istərsə asudə vaxtın təşkili, görüşlərin, konsertlərin keçirilməsi və digər məsələlərdə daha aktiv olmalı, universitet həyatına laqeyd qalmamalıdırlar”.

Rektor bu il ATU-nun tədris proqramında aparılan ciddi dəyişikliklərdən də söz acdı, tələbələrin şikayəti nəzərə alınaraq, bəzi kafedraların ixtisar olunduğunu xatırlatdı: “Birinci addım elektron jurnal, ikinci addım kurasiyaların ləğvi oldu. Bütün bunlar universitetdə şəffaflığın artırılması üçündür”. O, həmçinin qeyd etdi ki, tələbələrin yay istirahətlərini səmərələri keçirmələri üçün lazımi işlər görülüb. Bu il ik dəfə olaraq ATU-nun “Çinar” rəqs ansamblı, “Şəfa” xalq çalğı alətləri ansamblının və voleybol komandasının üzvlərinin universitetin “Təbib” istirahət düşərgəsində bir həftəlik pulsuz istirahəti təmin olunacaq.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Changir Qasımov tələbələri təbrik etdi və dedi ki, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlarını bir görmək istəyirəm. Çünki siz bizim gələcəyimizsiniz.

ATU TGT-nin sədr müavini Rauf Vəliyev universitet rəhbərliyinə təşəkkürünü bildirdi və sonda 2017--2018-ci tədris ili ərzində universitetin ictimai-siyasi həyatında fəal olan tələbələr mükafatlandırıldılar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında