İsveçrənin “RİETER” şirkəti UTECA-da təhsil mərkəzi yaradacaq

Azərbaycan Texnologiya Universiteti (UTECA) əməkdaşlıq etdiyi müəssisələrin coğrafiyasını ildən-ilə genişləndirir. UTECA daha bir yeniliyə imza ataraq, Mingəçevir Tekstil Fabrikini ən son yüngül sənaye avadanlıqları ilə təchiz edən Avropa şirkəti ilə birgə təhsil mərkəzi yaradır. Bu günlərdə Gəncədə lahiyə ilə bağlı tərəflər arasında ilkin danışıqlar aparılıb. Birinci mərhələdə İsveçrənin “RİETER” şirkəti tərəfindən Mingəçevir Tekstil Fabrikində UTECA tələbələri üçün müasir laboratoriyanın yaradılması nəzərdə tutulur. UTECA-nın yüngül sənaye mühəndisliyi və maşın mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrindən formalaşdırılacaq qrup həftədə iki dəfə Mingəçevir Tekstil Fabrikinə təcrübə məşğələlərinə göndəriləcək. Laboratoriyanın fabrikdə yerləşməsi tələbənin prossesin sonrakı mərhələlərini istehsalatda əyani şəkildə izləyə bilməsinə hesablanıb.

“REİTER”in nümayəndələri Rolf Uillen və Martin Frehner zəruri, ən son texnologiyalara cavab verən tədris avadanlıqlarını universitetə verməyə və zəruri praktik təlimləri keçməyə hazır olduqlarını bildiriblər. Görüşdə iştirak edən Türkiyənin “TEMSAN” şirkətinin baş direktoru Cem Erdoğrul isə qeyd edib ki, təmsil etdiyi şirkət bu cür sənaye müəssisələrini yardımçı avtomatlaşdırıcı qurğular ilə təchiz etməklə məşğuldur. Şirkət həmçinin ali təhsil müəssisələrində yüngül sənaye ixtisasları ilə bağlı tədris prosseslərinə də dəstək verir. Türkiyənin Ege Universitetində bu təcrübəni tətbiq etdiklərini deyən “TEMSAN” rəsmisi UTECA üçün də anoloji addımı atmağa, laboratoriyanı yardımçı qurğularla təmin etməyə hazır olduqlarını bildirib.

Mingəçevir Tekstil Fabrikinin icraçı direktoru Mahir Hüseynov isə rəhbərlik etdiyi müəssisəyə bu sahə üzrə ixtisaslı, müasir texnoloji prosses və avadanlıqlara bələd kadrlar lazım olduğunu, buna görə də layihəyə hər cür dəstək göstərməklərini bildirib.

 UTECA-nın elm və texnika üzrə prorektoru Səbuhi Yusifov, Davamlı inkişaf və təhsil texnologiyaları mərkəzinin direktoru Fədai Əfəndiyev layihə çərçivəsində tədris proqramlarının məzmununun təlim işlərinə uyğunlaşdırılacağını bildiriblər. Görüş zamanı tərəflər arasında UTECA-nın tələbə və müəllim heyətinin İsveçrədə, “RİETER” şirkətində əlavə təlimlər keçəcəyinə dair ilkin razılıq əldə olunub.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında