BDU-nun professoru Həmid Vəliyev “Qandi” kitabını Azərbaycan dilinə tərcümə edib

Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə tarix, menecment və biznesin idarə edilməsi barədə bestsellerlər müəllifi kimi tanınan amerikalı tədqiqatçı-alim Alan Akselrodun “Qandi” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev adıçəkilən kitabı tərcümə edib.

Kitabda  Hindistan milli-azadlıq hərəkatı rəhbərlərindən biri olan Mahatma Qandinin rəhbərlik təcrübəsi tədqiq edilərək liderlərə tabeliklərində olanları idarə etmək, uğurlu islahatlar aparmaq və yüksək nəticələr qazanmaq üçün faydalı ola biləcək 100 dərs təqdim edilib. Liderlərə istiqamət verən və onları uğur qazanmağa ilhamlandıran 14 qanundan bəhs edilir. Bunlar “Qərarlar”, “Ya fəaliyyət, ya ölüm”, “Qeyri-əməkdaşlıq ruhu”, “Hər bir şəxsə pay verməli”, “Bilik və təcrübə”, “Təcəssüm”, “Nümunəvi möcüzələr”, “Qeyri-zorakı rəhbərlik”, “Prinsiplər və praqmatizm”, “Zülmkarlığa “yox”, məsuliyyətə “hə”, “Yenidən qiymətləndirmə inqilab kimi”, “Öyüd inandırma vasitəsidir”  adlı hissələrdən ibarətdir.

Bu, A.Akselrodun professor Həmid Vəliyevin tərcüməsində Azərbaycan oxucusuna çatdırılan ikinci kitabıdır. Onun tərcüməsi ilə  “Yuli Sezar” kitabı 2015-ci ildə çapdan çıxmışdı.

Qeyd edək ki, tədqiqatçi-alim Alan Akselrod bu mövzuya dair 80 kitabın müəllifidir. CNN, CNBC, FOX, MSNBC telekanallarının, o cümlədən NPR-in daimi qonağı olan A.Akselrodun kitabları barədə “Fortune”, “Men’s Health” və “USA Today” kimi nəşrlərdə  yazılar dərc olunur.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında